
“Məşəli kəndi işğal olunan zaman 10 yaşım var idi. Mən xatırlayıram ki, ermənilər bizim kəndə hücum edir, azərbaycanlıları öldürür, bizi evlərimizdən didərgin salmağa çalışırdılar. Dekabrın 23-də nənəm və bibim məni yuxudan qaldırdı. Onlar dedilər ki, ermənilər Meşəliyə hücum ediblər”.
AZƏRTAC xəbər verir ki, bu sözlər 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə keçirilən məhkəmə iclasına gələ bilməyən zərərçəkmiş şəxs Elnarə Mehralıyevanın ifadəsində yer alıb.
O qeyd edib ki, ermənilər evi atəşə tutduğu üçün çıxmaq mümkün deyildi:
“Mən ayağımdan və əlimdən, bibim isə belindən yaralandı. Biz üzərimizə yorğan-döşək tökmüşdük ki, güllədən qorunaq. Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar. Biz oradan çətinliklə uzaqlaşa bildik”.
25.10.2023, AZƏRTAC
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











