
Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ilk qırğınlar 1905-ci illərdə başladı. Bu qırğınlar 1906-cı ilə qədər davam etdi. Ermənilər azərbaycanlıları öz evlərindən qovdular, orada məskunlaşmağa başladılar. Bu da azərbaycanlıların sayının azalmasına səbəb oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda keçirilən elmi-praktiki konfransda söyləyib.
Onun sözlərinə görə, indiki Ermənistan ərazisindən qovulan azərbaycanlılar İrana, Türkiyəyə və Azərbaycanın müxtəlif bölgələrinə gəlməyə məcbur oldular.
“1948-1953-cü illərdə ermənilər azərbaycanlıları sürgün etdilər. Halbuki bunu Ermənistan “könüllü köçürülmə” adlandırır. Bu illərdə 100 minlərlə azərbaycanlı öz yaşayış yerlərindən qovuldu, ermənilər isə onları əvəz etdi”,- deyə tarixçi vurğulayıb.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











