
Rusiyada çarizmin devrilməsi ermənilərin Azərbaycanda həyata keçirdikləri türk-müsəlman soyqırımlarının yeni dalğasının başlanmasına təkan verdi.
Dünyada ermənilərə istər Osmanlı imperatorluğundan, istər Türkiyə Cümhuriyyətindən, istərsə də Azərbaycandan daha artıq şərait yaradan başqa bir dövlət və ya millət göstərmək mümkün deyil.
1905-ci ilin may ayının əvvəllərində Bakı erməni-müsəlman toqquşmasından sonra Naxçıvan erməni-müsəlman camaatı artıq həyəcanda idilər. Buna nisbət ermənilər əsla qorxmayıb həmişə müsəlmanlara əziyyət verməkdə idilər.

1918-ci il aprel çevrilişinə qədər erməni vəhşiliklərindən ən çox ziyan görmüş Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Bu müddət ərzində erməni quldur dəstələrinin həmin qəzanın müsəlman əhalisinə qarşı güc işlətmək siyasəti bir an da olsun belə kəsilmir, hərdən səngisə də, sonra daha yeni qəddarlıqlarla təkrar olunurdu.