HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

book

4.1. Bir qrup beynəlxalq QHT-nin Azərbaycana qarşı alyansı

Azərbaycanın Avropa Şurasının ali orqanı olan Nazirlər Komitəsinə sədrliyi qəbul edəcəyi 14 may 2014-cü il tarixi ərəfəsində bir sıra ənənəvi anti-Azərbaycan təşkilatların ölkəmizə qarşı kampaniyalarının yeni dalğası geniş vüsət aldı. Bu təşkilatlar arasında əvvəllər olduğu kimi indi də Avropa Sa­bitlik Təşəbbüsü, Freedom House, Human Rights Watch, Freedom Files və digərləri xüsusi canfəşanlıqları ilə seçilirdilər.

Əslində bu təşkilatlar Azərbaycana qarşı apardıqları qərəzli kampaniyalarını dayandırmamışdılar. Onların bu kampaniyaları son bir neçə ay ərzində dinamik olaraq şiddətlənmişdi, 8 mayda Avropa Şurasının Baş Katibi Torbyöm Yaqlandın, 11 mayda Fransa Prezidenti Fransua Ollandın ölkəmizə səfəri və 14 mayda Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması ərəfəsində özünün pik həddinə çatmışdı.

Diqqət çəkən məqam ondan ibarət idi ki, yuxarıda adı çəkilən təşkilatlar Azərbaycana qarşı kampaniyalarını bu dəfə xüsusi dəqiqliklə sinxronlaşdırılmış şəkildə aparmağa çalışırlar. Digər maraqlı məqamı da qeyd edirəm. Həmin təşkilatlar Azərbaycana qarşı kampaniyalarında həmişə olduğu kimi bu dəfə də eyni üsullardan və öz “sevimli” mövzularından – “siya­si məhbus” mövzusundan istifadə edirdilər.

Belə ki, Human Rights Watch təşkilatı 22 aprel 2014-cü ildə Fransa Prezidenti Fransua Ollanda, Avropa Sabitlik Təşəbbüsü təşkilatı 23 apreldə bir sıra Avropa ölkələrinin ictimai-siyasi xadimlərinə və AŞPA-nm 114 üzvünə məktub ünvanlamış, Fre­edom House isə 6 may tarixində bəyanatla çıxış etmişdi. Maraqlıdır ki, bu müraciətlərin leytmotivi tam eynidir, sanki onlar eyni mərkəz tərəfindən hazırlanıb.

Human Rights Watch təşkilatının məktubunda Azərbaycanda “hakimiyyət orqanlarının onlarla siyasi fəalı və hakimiyyəti tənqid edən şəxsləri həbs etməsi, dinc ictimai nümayişləri dağıtması və əsas azadlıqlara qadağa qoyan qanun qəbul etməsi” iddia edilirdi. Məktubda Fransa Prezidentinin 11-12 may 2014-cü ildə Bakıya səfəri zamanı Azərbaycanı “Avropa Şurası standartlarına uyğun davranmağa” çağıracağına ümidvarlıq ifadə olunmuşdu.

Freedom House öz bəyanatında demokratik dövlətlərin “Azərbaycanı onun Avropa Şurasında sədrliyə hazırlaşdığı bir dövrdə ölkədə daha vacib məsələ olan insan hüquqları göstəricilərinin aşağı olması üçün məsuliyyətə çağırmalı” olduğunu bildirir.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı daha irəli gedərək, AŞPA üzvlərini 2013-cü ilin yanvar ayında Azərbaycanda siyasi məhbuslara dair məruzəçinin hazırladığı qətnamə layihəsinin əleyhinə səs verməkdə ittiham etmişdi. Təşkilat AŞPA üzvləri tərəfindən “qətnamə rədd edildiyinə və yeni məruzəçinin təyin edilmədiyinə görə” Azərbaycanda “yeni həbslər dalğasının başladığını iddia etmiş və bildirmişdi ki, ölkədə insan hüquqları sahəsində vəziyyət kəskin şəkildə pisləşir və siyasi motivlərlə həbslər aparılır.

Məktubda Azərbaycan Prezidentinə çağırışlar vardı. Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamazdan əvvəl bir sıra fəalı əfv etməsi üçün müraciət etmək; Avropa Şurasının Baş Katibinin Azərbaycana təcili səfər etməsi, siyasi məhbuslarla bağlı güclü və inandırıcı danışması üçün müraciət etmək; və, nəhayət, siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin edilməsi təşəbbüsünü dəstəkləmək barədə çağırış etmək Avropa Sabitlik Təşəbbüsü bu məktubla sakitləşmədi. O, Avropa Şurasının Baş Katibi Torbyöm Yaqlandın 8 may 2014-cü il tarixində Bakıya səfər edəcəyi barədə qərar açıqlandıqdan sonra 5 mayda yeni bir materialla çıxış etdi. Həmin materialda bu təşkilat bütün etik normalardan kənara çıxaraq, Azərbaycan-Avropa Şurası münasibətlərini siçan-pişik oyununa bənzətmiş, Baş Katib cənab Yaqlanda təsir etməkdən belə çəkinməyərək, onun eyni zamanda Nobel Sülh Mükafatı Komitəsinin sədri olduğunu xatırlatmış və onu səfər zamanı “may ayında Azərbaycanın Nazirlər Komitəsində sədrliyinin başlaması ilə əlaqədar siyasi məhbus problemi ilə ciddi məşğul olmağa” çağırmışdı.

Sırf anti-Azərbaycan ritorikası ilə tanınan Avropa Sabitlik Təşəbbüsü təşkilatı 14 noyabr 2014-cü ildə yeni materialla çıxış etdi. Bu dəfə Avropa Sabitlik Təşəbbüsü təşkilatının qəzəbinə tək Azərbaycan hakimiyyəti deyil, eyni zamanda Azərbaycanla bağlı məsələlərdə heç bir mövqe bildirməyən və ya tarazlaşdırılmış mövqe nümayiş etdirən təşkilatlar və Avropa təşkilatlarının rəsmi nümayəndələri tuş gəlmişdilər.

Avropa Sabitlik Təşəbbüsü materialda 2014-cü ilin may-noyabr ayları ərzində Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrü xarakterizə edərək yazırdı ki, “ümumiyyətlə, son hadisələr Strasburqda Avropa Şurasını cəfəngiyatın siyasi tamaşası üçün səhnəyə çevirib”. Materialı imzalamış olan Avropa Sabitlik Təşəbbüsünün rəhbəri Gerald Knaus öz iddialarını sübuta yetirmək üçün Anar Məmmədlinin may aymda 5 il müddətinə mühakimə edilməsini misal göstərir və qəzəblə vurğulayırdı ki, “bu günə qədər nə AŞ Nazirlər Komitəsi, nə də AŞ Baş Katibi və həmçinin Norveçin keçmiş baş naziri Torbyöm Yaqland onu qeyd-şərtsiz azad etməyə çağırmayıb”.

Material müəllifləri öz qəzəblərini cilovlaya bilməmişdilər. Azərbaycan hakimiyyətinin onların əsassız və qərəzli iddialarına məhəl qoymadığını anlayaraq ürəklərini soyutmaq məqsədilə bu dəfə AŞ Baş Katibi cənab Yaqlandı əsas hədəf kimi seçmişdilər. Onlar “Guardian” qəzetində çap olunmuş məqalədə cənab Yaqlandın Azərbaycanı “köməyə ehtiyacı olan gənc demokratiya” kimi təsvir etməsinə görə daha da hiddətlənmişdilər. Bu, azmış kimi, Avropa Sabitlik Təşəbbüsü təşkilatının rəhbəri Gerald Knaus cənab Yaqlandın “biz Azərbaycanda insan hüquqları müdafiəçilərinə qarşı bir neçə məhkəmə işini yaxından izləyirik” ifadəsinə irad tutub, bunun əksinə olaraq, “bu məhkəmələri və ədalətin bu kimi təhrifi  hallarinı dayandırmağa” çağırmalı olduğunu vurğulamışdı.

Göründüyü kimi, Avropa Sabitlik Təşəbbüsü təşkilaü açıq-aşkar Azərbaycanla bağlı hər hansı pozitiv deyil, neytral xarakterli fikrin belə ifadə edilməsini qəbul etmir. Qeyd edilməlidir ki, qaldırılan məsələlər (süni şəkildə şişirdilməsindən və ya real olaraq mövcudluğundan asılı olmayaraq) birmənalı şəkildə hüquqi müstəvidə həll olunmalıdır. Lakin Avropa Sabitlik Təşəbbüsü bu məsələləri Azərbaycan hakimiyyətinə təzyiq formasında həll etməyə çağırırdı.

Avropa Sabitlik Təşəbbüsü təşkilatının fikrincə, hazırlanmış materialda əks etdirilmiş hər bir iddia mütləq xarakter daşıyır. Bu təşkilat hesab edirdi ki, hüquqa zidd əməllərinə görə mühakimə edilmiş QHT fəalları heç bir məhkəmə qərarına məhəl qoyulmadan azad edilməlidir, bunun üçün hər hansı hüquqi prosedurlara əməl etməyə ehtiyac yoxdur. Bir sözlə, Avropa Sabitlik Təşəbbüsü təşkilatı özünü sonuncu instansiya hesab edirdi. Bu təşkilat faktiki olaraq hesab edirdi ki, onun iddiaları və tələblərielə hüququn özüdür, bu iddialar məhkəmələrin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından da səlahiyyətlidir.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı İnsan Hüquqları Məsələləri üzrə yeni İşçi Qrupuna münasibət bildirməyi də unutmayıb. Materialda bu İşçi Qrupunun yenidən yaradılması barədə cənab Yaqlandın 2014-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə əldə etdiyi razılıq xatırladılırdı. Qrupun tərkibinin “insan hüquqları müdafiəçiləri, parlamentarilər, prezident administrasiyasının rəsmiləri və Avropa Şurasının ekspertindən ibarət olması” bildirilirdi. Materialda daha da uzağa gedərək, “Azərbaycan hakimiyyətinin təsis etdiyi bu qrupa əsasən hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla seçilən “fəallar”ın daxil” olduğu iddia edilirdi.

Hadisələrin əsl mahiyyəti üzrə deyil, əvvəlcədən proqramlaşdırılmış məqsədlərə çatmaq üçün çıxış edən Avropa Sabitlik Təşəbbüsünün rəhbəri yeni yaradılan İşçi Qrupuna hazırki siyasi məhbuslara qarşı qərəzli ictimai kampaniyalarla seçilən “fəalların daxil” olması barədə iddiaları ilə beynəlxalq ictimaiyyəti məqsədyönlü şəkildə aldadır və buna görə heç bir vicdan əzabı çəkmək fikrində deyildi. Belə ki, Avropa Sabitlik Təşəbbüsü təşkilatında çox gözəl bilirdilər ki, 2005-2010-cu illərdə fəaliyyət göstərmiş İşçi Qrupunun üzvləri tanınmış QHT nümayəndələri olmuşdur. Onların əksəriyyəti yeni yaradılmış İşçi Qrupunun da üzvləridir. Bu sıradan Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zalihə Tahirova, Sahib Məmmədov və digərlərini qeyd etmək olar. Bu QHT nümayəndələrinin səyləri sayəsində qeyd edilən müddət ərzində bir çox məhbuslar müxtəlif hüquqi mexanizmlərdən istifadə edərək, o cümlədən əfv olunaraq azadlığa çıxmışdır. Odur ki, belə insanların qərəzli ictimai kampaniyalarla seçilməsi barədə iddialar ən yaxşı halda riyakarlıq idi.

Digər tərəfdən, İnsan Hüquqları Məsələləri üzrə yeni İşçi Qrupunun yaradılması Azərbaycan hakimiyyətinin dialoqa hazır olması, insan hüquqları sahəsində mövcud problemləri həll etmək niyyətini ortaya qoyması, bunun üçün tanınmış QHT nümayəndələri və Avropa Şurası nümayəndəsinin iştirakı ilə hazırlanmış tövsiyələri yerinə yetirmək əzmini ortaya qoyur. Bu sahədə qəbul ediləcək qərarların operativliyini təmin etmək məqsədilə İşçi Qrupunun insan hüquqlarının vəziyyətinə dair monitorinqlər keçirməsinə istənilən şəraitin yaradılması isə təqdirəlayiq hal idi.

Lakin Avropa Sabitlik Təşəbbüsü təşkilatı üçün bu məqamlar qətiyyən maraqlı deyildi. Bu təşkilat əvvəlcədən proqramlaşdırılmış məqsədlərinə uyğun olaraq mövcud məsələlərin ob­yektiv həlli istiqamətində atılan istənilən addıma qarşı çıxır və siyasi müstəvidə müzakirələr doğuran hüquqi məsələlərin məhz hüquqi müstəvidə həllini məqbul saymırdı. Bu baxımdan iyunun 24-də Baş Katib Torbyörn Yaqlandm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı siyasi məhbus məsələsində son sözün Avropa İnsan Hüquqları Məhkəməsinə verilməli olduğu barədə fikri Avropa Sabitlik Təşəbbüsü təşkilatanı özündən çıxarmışdı. Bu təşkilat belə cəhdlərə görə AŞPA-nı, Avropa İnsan Hüquqları Məhkəməsini və katibliyi günahkar sayırdı.

Avropa Sabitlik Təşəbbüsü təşkilatı, ümumiyyətlə hazırladığı materialda açıq-aşkar Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulmuş insan hüquqları və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətlərinə aid olmasına qarşı çıxırdı. Materialda vurğulanırdı: “2012-ci ildə Azərbaycan və müttəfiqləri AŞPA-da aparılan müzakirədə aşağıdakı düzəlişi qəti dəstəklədi: “Parlament Assambleyası təsdiqləyir ki, siyasi məhbusu müəyyənləşdirən istənilən meyarın şərhi və tətbiqi, Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarında nəzərdə tutulduğu kimi, əsas hüquq və azadlıqların pozulması hallarını dəyərləndirən yeganə qurum olan Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna hüququdur.” Bu qəbul edilməmiş düzəlişin arxasında duran siyasət hazırda Baş Katib tərəfindən istifadə edilir. AŞPA, Məhkəmə və Katiblik – hamısı Bakının cəfəngiyat tamaşasında öz rolunu ifa edir”.

Qeyd edilənlərlə bağlı vurğulamaq istərdim ki, siyasi məhbus məsələsi hüquqi məsələdir və öz həllini hüquqi müstəvidə tapmalıdır. Odur ki, cənab Yaqlandın siyasi məhbus məsələsində son sözün Avropa İnsan Hüquqları Məhkəməsinə verilməli olduğu barədə fikrini tam dəstəkləyirəm.

Avropa Sabitlik Təşəbbüsü təşkilata hazırladığı materialın sonunda maraqlı və zənnimcə, təhlükəli çağırış edirdi: “Hərəkət etmək vaxtadır. Həmişəki tədbirlər artaq çıxış yolu deyil”. Görəsən, belə bir çağırış etməklə və həmişəki tədbirlərin vaxtının keçdiyini, onların çıxış yolu olmadığını vurğulayan bu təşkilat hansı hərəkətlərin vaxtı olduğunu nəzərdə tuturdu?

Biz yalnız məntiqi yolla bu çağırışın mahiyyətinə aydınlıq gətirə bilərik. Belə ki, insan hüquqları və əsas azadlıqların pozulması hallarının qiymətləndirilməsinin Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətlərinə aid olmasına qarşı çıxan, Avropanın fundamental dəyərlərindən biri olan hüququn aliliyi prinsipinə hörmətsizlik nümayiş etdirən və konkret hüquq pozuntuları törətdilkərinə görə mühakimə edilən şəxslərin hər hansı hüquqi prosedurlara məhəl qoymadan dərhal azadlığa buraxılmasını tələb edən bu təşkilat hansı hərəkətlərə çağırış edə bilər? – Yalnız iğtişaşlara.

Beləliklə, Avropa Sabitlik Təşəbbüsü təşkilatının əvvəlcədən proqramlaşdırılmış məqsədləri aydın olur: Azərbaycanda siyasi sabitliyi pozmaq, iğtişaşlar yaratmaq. Amma beynəlxalq təşkilatların, o cümlədən Avropa Sabitlik Təşəbbüsü təşkilatının ölkədə insan hüquqlarının vəziyyətinin pisləşməsi və siyasi məhbusların olması iddiaları ilə Azərbaycana təzyiqlər etməsi cəhdlərinin arxasında bir məqsəd dayanır: Ermənistanın təcavüzünə xidmət etmək və Ermənistanın işğal altında olan ərazilərin azad edilməsi istiqamətində səylərdən diqqətini yayındırmaq.

Beynəlxalq Human Rights Watch təşkilatı 2015-ci il mart ayının sonu aprelin əvvəlləri özünün növbəti anti-Azərbaycan bəyanatını yayımladı. Bəyanat Aİ-nin Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın Bakı səfəri ərəfəsində dərc edilmişdi. Xatırlatmaq istərdim ki, bir qrup xarici QHT Avropa İttifaqının İnsan hüquqları üzrə Xüsusi Nümayəndəsi cənab Stavros Lambrinidisin 23-26 fevral tarixlərində Azərbaycana rəsmi səfəri ərəfəsində analoji anti- Azərbaycan bəyanatı ilə çıxış etmişdi.

Qeyd edilməlidir ki, Human Rights Watch təşkilatı növbəti dəfə də öz “ənənəsinə” sadiqlik nümayiş etdirərək, heç bir əsas olmadan Azərbaycanda insan hüquqlarına qarşı radikal təzyiqlərin artdığını və repressiyaların dərinləşdiyini iddia edirdi. Əlbəttə, burada heç bir yenilik yox idi və Human Rights Watch təşkilatı öz ampluasında çıxış edərək, Azərbaycana qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışırdı.

Maraqlı idi ki, bəyanat anti-Azərbaycan xarakter daşısa da, əsasən Azərbaycan ictimaiyyətinə deyil, Avropa İttifaqına və onun Bakıya səfər edən Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hana ünvanlanmışdı. Human Rights Watch bəyanatda Avropa İttifaqını Azərbaycanla əməkdaşlıq etdiyinə görə qınaq obyektinə çevirmişdi. Bəyanat müəllifləri iddia edirdilər ki, “ölkədə insan hüquqlarına radikal təzyiqlər artdıqca, Avropa İttifaqı əksər hallarda kənara çəkilmişdir” və “dərinləşən repressiyalara baxmayaraq, Aİ Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək niyyətindədir”.

Qeyd edilənlər Human Rights Watch təşkilatının məkrli məqsədlərinə tam aydınlıq gətirir. Göründüyü kimi, bu təşkilatın əsas məqsədi Azərbaycanın Aİ ilə, bütövlükdə isə dünya ictimaiyyəti ilə əlaqələrinin kəsilməsinə, ölkəmizin dünyadan təcrid edilərək təklənməsinə nail olmaqdan və nəticədə onu “izqoy”a çevirərək dövlət kimi yox etməkdən ibarət idi.

Digər tərəfdən, Human Rights Watch təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, bu təşkilat Azərbaycan ərazilərinin 25 ildən artıq müddət ərzində işğalına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpa edilməsi istiqamətində addımlar atardı. Bu təşkilatın əsl məqsədi insan hüquqlarının müdafiəsi deyil, onların əsl məqsədi Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır.

Üçüncü bir tərəfdən, hadisələrin təhlili göstərir ki, beynəlxalq aləmdə insan hüquqları ilə bağlı aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, Human Rights Watch təşkilatının bəyanatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Oyunları və parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdə idi.

AŞPA-nın 2017-ci il aprel sessiyası ərəfəsində Soros fondu tərəfindən maliyyələşdirilən digər bir QHT – Freedom Files Analitik Mərkəzi “Alınıb-satılan Avropa dəyərləri” adlı irihəcmli hesabat yayımladı. Hesabatda Azərbaycanda sistemli korrupsiyanın baş alması, Azərbaycanın beynəlxalq lobbiçilik və korrupsiya şəbəkəsi formalaşdırması kimi iddialar irəli sürülüb, lakin bu iddiaları sübuta yetirmək üçün hesabatda heç bir fakt və dəlil göstərilməyib.

Soros fondunun maliyyələşdirdiyi Avropa Sabitlik Təşəbbüsü (ESİ) adlı digər QHT-nin bir müddət əvvəl hazırlayaraq, AŞPA üzvləri arasında yayımladığı materiallar kimi, Freedom Files Analitik Mərkəzinin hazırladığı hesabat da anti-Azərbaycan xarakteri daşıyır və qərəzlidir.

Son zamanlar Avropa Sabitlik Təşəbbüsü (ESİ), Freedom Files və digər bir neçə beynəlxalq QHT-nin hazırladığı anti-Azərbaycan xarakterli hesabatların təhlili aşağıdakı qənaətə gəlməyə imkan verir:

  • – Müxtəlif beynəlxalq QHT-lərin, o cümlədən Avropa QHT- lərinin (Amnesty International, Human Rights Watch, Freedom House, ESI, Freedom Files və s.) Azərbaycana qarşı qərəzli hücumları təsadüfi xarakter daşımır, bu, uzağagedən məkrli anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir, bu QHT-lərin böyük əksəriyyəti Soros fondu tərəfindən maliyyələşdirilir və onların fəaliyyəti vahid mərkəzdən planlı şəkildə idarə edilir.
  • – Bəzi beynəlxalq KİV-də anti-Azərbaycan xarakterli materialların dərc edilməsi, Soros fondu tərəfindən maliyyələşdirilən QHT-lərin Azərbaycana qarşı vaxtaşırı qərəzli və heç bir faktla təsdiqlənməmiş ittiham iddiaları ilə dolu hesabatlar hazırlaması beynəlxalq aləmdə Azərbaycanın imicinə xələl gətirmək məqsədi güdürdü və əsas hədəf 2018-ci ildə Azərbaycanda keçiriləcək seçkilərin legitimliyinə kölgə salmaq və seçkilər zamanı ölkədə iğtişaşların yaranması üçün şərait formalaşdırmaqdan ibarət idi.

Beləliklə, anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində beynəlxalq QHT-lər vasitəsilə yenidən Azərbaycana qarşı siyasi məhbus iddiaları ilə genişmiqyaslı kampaniyaya başlamışlar. Beynəlxalq QHT-lər qarşıya qoyulan məqsədlərə çatmaq üçün bu dəfə şəbəkə şəklində sinxronlaşmış formada fəaliyyət göstərirdilər.

Qeyd etmək lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə milli QHT bu anti-Azərbaycan qüvvələr ilə işbirliyi qurub. Həmin milli QHT-lər onları maliyyələşdirən xarici mərkəzlərin sifarişləri ilə müxtəlif qondarma siyasi məhbus siyahıları tərtib edirlər və öz qəyyumları olan anti-Azərbaycan qüvvələrlə birlikdə beynəlxalq təşkilatlarda Azərbaycanda çoxlu siyasi məhbus olması iddiaları ilə kampaniyada aktiv iştirak edirlər.

Dünyada, xüsusən də Avropa Şurasına üzv ölkələrdə baş verənlərin təhlili göstərir ki, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət AŞ-na üzv olan digər ölkələrdən çox da fərqlənmir. Lakin AŞPA-da indiyədək Azərbaycandan başqa heç bir ölkəyə siyasi məhbus məsələsi şamil edilməyib. Belə olan halda məntiqi sual ortaya çıxır: Nə üçün yenidən 47 üzv dövlətdən yalnız Azərbaycanda siyasi məhbusların olması iddia edilir və yuxarıda qeyd etdiyim etibarlılığı şübhə doğuran meyarlar yalnız bizim ölkəmizə qarşı tətbiq edilir? Bu, AŞPA-da dövlətlərin bərabər hüquqlu olması prinsipinin pozulması və Azərbaycana qarşı açıq-aşkar ayrı-seçkiliyin nümayişi deyilmi?

Təqdim edilmiş siyahılarda siyasi məhbus olmaları iddia edilən hər bir şəxs konkret cinayət əməlləri törətdiyinə görə məsuliyyətə cəlb edilib. Onlar barədə məhkəmələr tərəfindən qərarlar qəbul edilib. Həmin şəxslər milli məhkəmələrin qərarlarına etiraz etdikləri təqdirdə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdirlər.

Siyasi məhbus məsələsi hüquqi məsələdir, həbsdə olanlar barədə məhkəmə qərarları mövcuddur. Odur ki, məhkəmənin qərarı yalnız mövcud olan hüquqi mexanizmlərdən istifadə edilməklə dəyişdirilə bilər. Lakin bir neçə milli QHT, onların havadarları olan beynəlxalq təşkilatlar və xarici anti-Azərbaycan qüvvələr bu hüquqi mexanizmdən istifadə etmək istəmirlər, məsələni məqsədyönlü şəkildə hüquqi müstəvidən çıxararaq siyasiləşdirirlər.

3.8. Avropanın parlament qurumları ATƏT/DTİHB-nin diqtəsinə tabe edilir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə müşahidə missiyası 11 apreldə Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair ilkin hesabatda açıq-aşkar qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirdi və Azərbaycan xalqının azad və müstəqil şəkildə ifadə edilmiş iradəsinə qarşı çıxdı.

Təqdim edilən hesabatın dəsti-xətti və onun məzmununun təhlili göstərir ki, bu sənəd ATƏT/DTİHB tərəfindən təqdim edilib, birgə müşahidə missiyasının digər üzvləri olan ATƏT PA və AŞPA missiyaları isə onu dəstəkləyiblər.

Doğrudan da, ATƏT/DTİHB-nin 9 oktyabr 2013-cü il pre­zident seçkiləri ilə bağlı ilkin hesabatı ilə birgə missiyanın 11 aprel 2018-ci il hesabatını müqayisə etdikdə görmək olar ki, bu sənədlər mahiyyətcə eynidir və ATƏT/DTİHB-nin Azərbaycanla bağlı qərəzli mövqeyi 2013-cü ildən 2018-ci ilədək “inkişaf” edərək daha da sərtləşib. Bu kontekstdə bəzi müqayisələr aparmaq istərdim.

ATƏT/DTİHB-nin 2013-cü ildə ilkin hesabatında “9 oktyabr Prezident seçkiləri ifadə, toplaşma və təşkilatlanma azadlıqlarına tətbiq edilən məhdudiyyətlərin təsiri altında keçiril­miş və namizədlərə bərabər şərait təmin edə bilməmişdir” yazılırdısa, 2018-ci il hesabatının müvafiq bölməsində vurğulanır ki, “11 aprel 2018-ci il növbədənkənar prezident seçkiləri məhdudlaşdırıcı siyasi mühitdə və həqiqi demokratik seçkilərin keçirilməsi üçün ilkin tələb hesab edilən əsas hüquqlar və azadlıqları məhdudlaşdıran hüquqi çərçivədə baş vermişdir”.

2013-cü ilin ilkin hesabatında olan “namizədlərin və seçicilərin hədələnməsi və məhdudlaşdırıcı mətbuat mühiti təşviqat kampaniyasına ləkə salmışdır” ifadəsi 2018-ci ildə daha da sərtləşdirilərək “plüralizmin, o cümlədən mediada olmadığı şəraitdə, bu seçkilərdə həqiqi rəqabət olmamışdır, digər namizədlər vəzifədə olan prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər” ifadəsi ilə əvəzlənmişdir.

ATƏT/DTİHB 2013-cü il prezident seçkiləri ilə əlaqədar “ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə əlaqədar Azərbaycanın götürdüyü öhdəlikləri bütövlüklə yerinə yetirməkdə üzləşdiyi çatışmazlıqların ciddi mahiyyətini” vurğulayırdısa, 2018-ci ildə artıq prezident seçkilərində “icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmaması, şəffaflığın olmaması və seçki qutularına topa halda bülletenlərin atılması kimi çox sayda ciddi pozuntu faktları” olmasını israrla bəyan edir.

Ümumiyyətlə, qeyd edilən hər iki sənədin müqayisəsi göstərir ki, bu sənədlərin hazırlanması arasında 5 il müddət fərqi olsa da, onların müəllifləri və ideya mənbəyi dəyişməyib. Bu isə hesabatın əvvəlcədən hazırlanmasından xəbər verir. Bu, o deməkdir ki, ATƏT/DTİHB missiyası Azərbaycana seçkiləri müşahidə etmək adı altında gəlsə də, onun məqsədi tam fərqli olub – Azərbaycanı istənilən halda tənqid etmək və bununla da ölkəmizə qarşı qərəzli kampaniyaların yeni dalğasına start vermək.

Bu fikirlərin doğru olduğuna əmin olmaq üçün ATƏT/DTİHB-nin müşahidə missiyasının Azərbaycanda 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərinə dair hesabatlarının mətninə diqqət yetirmək kifayətdir. Görünən odur ki, müxtəlif seçki illərində hazırlanmış hesabatlarda cümlələr, ifadələr və ya sözlər davamlı olaraq təkrarlanır, bu hesabatlarda əsasən dəyişən yalnız rəqəmlərdir. Aydındır ki, qeyd edilən seçkilərdə müşahidə missiyalarının rəhbərləri və üzvləri müxtəlif adamlar olub. Belə olan halda, 2008, 2013 və 2018-ci illərdə hazırlanmış hesabatlarda eyni cümlələri, eyni fikirləri olduğu kimi təkrarlamaq necə mümkündür və buna görə kim məsuliyyət daşıyır? ATƏT/DTİHB-in müxtəlif seçkilərlə bağlı belə təkrarlamalar və Azərbaycanla bağlı davamlı olaraq qərəzli və qeyri-obyektiv mövqe sərgiləməyi dəyişməz saxlamaq, dünyada geosiyasi vəziyyətin ağır olduğu bir şəraitdə siyasi sabitliyin pozulmasına yönəlmiş fikirlər irəli sürmək bu qurumun bitərəf seçki müşahidəçisi kimi etibarlılığını şübhə altına alır.

AŞPA missiyası Avropa Parlamenti və ATƏT PA missiyaları ilə birlikdə 2013-cü il prezident seçkilərində ATƏT/DTİHB-nin mövqeyi ilə razılaşmadılar və ayrılıqda bəyanatla çıxış etdilər. ATƏT/DTİHB təkləndi. Sual doğur: bəs AŞPA müşahidə missiyası nə üçün bu dəfə ATƏT/DTİHB-ni dəstəklədi? Zənnimcə, burada bir neçə amil qeyd edilməlidir.

Birincisi, AŞPA missiyası üzvlərinin və missiya rəhbərinin mövqe nümayiş etdirmək və öz iradəsindən çıxış etmək qabiliyyəti. AŞPA missiyasının rəhbəri və üzvləri 2013-cü ildə iradə nümayiş etdirərək fərqli qiymətləndirmə ortaya qoydular.

İkincisi, 2013-cü ildə baş verənlərdən məyus olmuş Azərbaycanın qatı düşməni olan AŞPA Baş katibi Voytsix Savitski dərhal ATƏT PA, AP, NATO PA, ATƏT/DTİHB rəhbərləri ilə gələcək seçki missiyalarının formalaşması barədə danışıqlara başladı. Savitski keçən beş il ərzində bu danışıqları davam etdirmək üçün qeyd edilən təşkilatların rəhbərləri ilə bir neçə görüş keçirib. Danışıqlarda bu qurumların gələcəkdə müşahidə missiyalarının ATƏT/DTİHB-nin rəhbərliyi altında aparılması barədə müəyyən razılıq əldə edilib. Bu məsələdə AP öz müstəqilliyini qorumağa qərar verib. ATƏT/DTİHB-nin rəhbərliyi altında birgə missiyaların formalaşdırılması barədə müəyyən razılıq əldə edilsə də, indiyədək məsələ ilə bağlı hər hansı sənəd qəbul edilməyib.

Bununla belə, AŞPA müşahidə missiyası formalaşdırılarkən və missiya rəhbəri təyin edilərkən, Savitski xüsusi aktivlik göstərirdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikasında 11 aprel 2018-ci ildə prezident seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi Avropa qurumlarında fəaliyyət göstərən anti-Azərbaycan qüvvələr üçün gözlənilməz oldu. Bu, daim anti-Azərbaycan mövqedən çıxış edən, fəaliyyətinin vacib hissəsini Azərbaycana qarşı qərəzli təzyiqlərin təşkil edilməsinə həsr edən AŞPA-nın Baş katibi “əvəzedilməz” Voytsix Savitskinin hərəkətlərində özünü biruzə verdi.

Baş katib Voytsix Savitski AŞPA-nın Büro üzvlərinə məktub göndərərək, Assambleyanın bu seçkilərin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ATƏT PA ilə əməkdaşlıq şəraitində müşahidə edilməsini təklif etdiyini bildirdi. Savitskinin məktubuna əsasən, Assambleya Prezidenti “bu müstəvidə təklif etdi ki, Büronun ad-hok komitəsi yaradılsın və seçkiqabağı missiya təyin edilsin”.

İlk baxışda fövqəladə heç nə baş verməyib. AŞPA Baş katibi Assambleya Prezidentinin mövqeyini Büro üzvlərinə çatdırıb. Bu ilk baxışda belədir, amma mahiyyət etibarı ilə demokratiyadan çox uzaq olan hadisələrin baş verməsindən xəbər verir. Belə ki, məktubda Assambleya Prezidenti adından Büro üzvlərinin hansı qərarı qəbul etməli olduğu göstərilir: “Büronun ad-hok komitəsi yaradılsın və seçkiqabağı missiya təyin edilsin”. Sanki Büro üzvlərinə əmr edilir və onlara bildirilir ki, məhz göstərilən qərarı qəbul etməlidirlər.

Məsələ burasındadır ki, Assambleya Prezidenti AŞPA üzvlərinə göstəriş verə bilməz, onun belə bir səlahiyyəti yoxdur. O, eyni zamanda hansı qərarın qəbul edilməli, hansının isə qəbul edilməməli olduğunu bildirə bilməz. Odur ki, sual edilir: Nə vaxtdan bəri Assambleya Prezidenti Büro üzvlərinə göstəriş verir? Nə üçün Assambleya Prezidenti öz təkliflərini Büro üzvlərinə – Komitə və siyasi qrupların rəhbərlərinə özü müraciət edərək çatdırmır?

Savitskinin məktubunda təəccüb doğuran müddəalardan biri də Büronun qəbul edəcəyi qərarla bağlıdır. Büro üzvlərinə birbaşa göstəriş verilir: “Qərar verilsin ki, ATƏT/DTİHB hər hansı səbəbə görə missiya göndərə bilmirsə, Assambleyanın müşahidə missiyası ləğv olunacaq.” Məlumdur ki, AŞPA və ATƏT/DTİHB tamamilə fərqli təşkilatların təsisatlarıdır. AŞPA üzvləri parlamentarilərdir, seçicilər tərəfindən mandat alıblar. ATƏT/DTİHB əməkdaşları isə təyin edilirlər və məmurdurlar, seçicilər qarşısında öhdəlikləri yoxdur, onlar öz himayədarlarının göstərişlərinə uyğun olaraq qərarlar qəbul edirlər. Buna baxmayaraq, Savitskinin məktubunda AŞPA missiyasının taleyi ATƏT/DTİHB-nin qəbul edəcəyi qərardan asılı vəziyyətə salınır.

Beləliklə, aydın olur ki, AŞPA-nın Baş katibi Voytsix Savitski Assambleya Prezidenti adından Büro üzvlərinə göstəriş verir, onlara hansı qərar qəbul etməli olduqlarını bildirir. Belə çıxır ki, AŞPA-da seçki missiyasının təşkil edilməsi ilə bağlı bütün məsələləri Baş katib həll edir: O, Baş katib kimi Assambleya Prezidenti, Büro, Komitələrin sədrləri və siyasi qrupların rəhbərləri əvəzinə qərar qəbul edir. Belə çıxır ki, AŞPA-da istənilən məsələni Baş katib Savitski həll edir, yəni qurumda “AŞPA bərabərdir Savitski” status-kvo vəziyyəti hökm sürür.

Maraqlıdır ki, Assambleya parlament təsisatıdır, burada qərarlar parlamentarilərdən ibarət olan Plenar sessiyada, Büroda, Komitələrdə, siyasi qruplarda qəbul edilir. Baş katib və onun aparatı isə texniki-təşkilati qurumdur, bu qurum parlamentarilərin fəaliyyətinə müdaxilə edə bilməz. Lakin praktikada əksini görürük – bütün məsələlər Savitski tərəfindən həll edilir. Bu sovet dövründə zavodlarda fəaliyyət göstərən sex rəislərini xatırladır – istənilən məsələ ilə bağlı ona müraciət edilməli idi. Sual edilir: Demokratiya və insan hüquqları məbədi sayılan AŞPA-da bütün məsələləri icraçı məmur olan Baş katib həll edirsə, onda Büro, Komitələr, siyasi fraksiyalar nəyə lazımdır?

AŞPA-nın seçki müşahidə missiyasının formalaşdırılması kontekstində qeyd etmək istərdim ki, məhz Savitskinin “yorulmaz” fəaliyyəti və xüsusi canfəşanlığı nəticəsində AŞPA-da ənənəvi anti-Azərbaycan “cəbhədə” olan deputatlar seçki müşahidə missiyasında yer aldılar. Həmçinin Savitskinin destruktiv anti-Azərbaycan fəaliyyəti nəticəsində AŞPA Bürosunun iclaslarında missiya rəhbərinin təyin edilməsi ətrafında gərgin müzakirələr getmişdi.

AŞPA-nın Sədarət Komitəsinin yanvar iclasında missiyaya rəhbərliyin Vahid Avropa Solçuları siyasi qrupuna həvalə edilməsi barədə razılıq əldə edilmişdi, bu siyasi qrupun sədri, Azərbaycana qarşı qərəzli mövqedə olan Tini Koks isə müşahidə missiyasına rəhbərliyi öz üzərinə götürmüşdü. Lakin Tini Koks sonradan bu təyinatdan imtina etmişdi. AŞPA-nın Baş Katibi Voytsix Savitski bu istefanı gizli saxlayaraq, AŞPA Prezidenti Mişel Nikoletti ilə Sosialistlər Qrupunun üzvü xanım Marianne Mikonu (Estoniya) müşahidə missiyasına rəhbər təyin etmək qərarına gəlmişdilər.

Əlbəttə, AŞPA Prezidenti ilə Baş katibin bu sövdələşməsi qeyri-qanuni idi. Belə ki, belə bir qərarın verilməsi Büronun səlahiyyətlərinə aiddir. Digər tərəfdən, 14 aprel 2018-ci il tarixində Monteneqroda keçiriləcək seçkilərə müşahidə missiyasının rəhbərliyi artıq Sosialistlər Qrupuna həvalə edilmişdi. Azərbaycanda müşahidə missiyasına rəhbərliyin də Sosialistlər Qrupuna həvalə edilməsi siyasi qruplar arasındakı balansı pozmuş olurdu və AŞPA-da ən böyük siyasi qrup olan EPP-ni bu proseslərdən kənarda saxlayırdı.

Odur ki, EPP-nın sədri Sezar Florin Preda rəhbəri olduğu siyasi qrupun mənafeyini qorumaq məqsədilə həm Prezident Nikoletti, həm də Baş katib Savitski ilə telefonla danışmışdı. Cənab Preda onların bu qərarının özbaşına və qeyri-qanuni olduğunu bildirmişdi və missiya rəhbərinin Büro iclasında təyin edilməli olduğunu vurğulamışdı. Preda Sədarət Komitəsinin və Büronun mart iclaslarında missiya rəhbəri postuna EPP üzvünün təyin edilməsinə nail olmuşdu. Belə bir cəsarətli və obyektiv addım atdığına görə Sezar Florin Preda 2018-ci ilin aprel-may aylarında AŞPA-da ciddi təzyiqlərə məruz qaldı və sanksiyalarla üzləşdi.

Görünən odur ki, Savitski AŞPA missiyasının üzvlərini və rəhbərini ciddi təlimatlandıraraq, istənilən halda ATƏT/DTİHB-nin təqdim edəcəyi nəticələri dəstəkləmək barədə onlara göstəriş vermişdi. O, əks halda, onların problemlərlə üzləşəcəklərini bildirmişdi. Görünür, AŞPA missiyasının rəhbəri və üzvləri Savitskinin təhdidləri qarşısında zəiflik göstərmişdi və onlar müstəqil mövqe nümayiş etdirmək hüququnu qurban vermişdilər.

Qeyd edilməlidir ki, ATƏT/DTİHB-nin müşahidəçiləri bu qurumun müraciəti əsasında əsasən üzv ölkələrin ezam etdiyi asanlıqla təsirlərə məruz qala biləcək kiçik ranqlı məmurlardan təşkil edilir. Bu məmurlar digər məmurlar tərəfindən təyinat alıblar, onlar heç bir seçici auditoriyasına malik deyillər. Lakin AŞPA ən nüfuzlu ixtisaslaşdırılmış Avropa təşkilatının parlament qurumudur. Bu qurumun üzvlərinin hər biri böyük seçici auditoriyasına malikdir, onlara təmsil etdikləri ölkələrin parlamentlərindən mandat verilib.

Beləliklə, paradoksal vəziyyət yaranıb: Avropa ölkələrinin böyük seçici auditoriyasını təmsil edən parlamentarilərdən ibarət AŞPA missiyası müxtəlif məmurların təyin etdikləri kiçik ranqlı məmurlardan ibarət missiyanın rəhbərliyi altında fəaliyyət göstərir. Bu paradoksal vəziyyət anti-Azərbaycan mərkəzlərin səyləri nəticəsində reallaşdı və Avropa Şurasının parlament təsisatı olan AŞPA təşkilatın nizamnaməsində göstərilmiş səlahiyyətlərini Savitski və onun kimilərin istəklərinə uyğun olaraq məhdudlaşdırdı.

Beləliklə, 11 aprel 2018-ci il prezident seçkilərindən sonra ATƏT/DTİHB-nin faktiki rəhbərliyi ilə fəaliyyət göstərmiş birgə müşahidə missiyasının təqdim etdiyi ilkin hesabat anti-Azərbaycan mərkəzlər tərəfindən əvvəlcədən hazırlanmış bir layihə olub.

Bununla ATƏT/DTİHB-nin 11 aprel 2018-ci il prezident seçkilərinin nəticələrinə dair mövqeyi ilə bağlı mülahizələrə son qoymaq olardı. Lakin ATƏT/DTİHB-nin seçkiləri müşahidə missiyasının rəhbərinin siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədovun seçkilərdən 2 gün sonra – 13 apreldə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər göstərdi ki, bu qurumun illər ərzində hazırladığı hesabatların hazırlanma mexanizmlərinin dərindən təhlil edilməsinə ciddi ehtiyac var.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi çıxış etdi və Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT/DTİHB seçkiləri müşahidə missiyasının bütün görüşlərində olduğunu qeyd etdi. O, bildirdi ki, ATƏT/DTİHB seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə şöbəsi Azərbaycanda aparılan müşahidələr əsasında obyektiv hesabat hazırlamışdı. Lakin bu hesabat birdən-birə kənara atıldı və tamamilə qərəzlə dolu başqa bir hesabat təqdim edildi.

Belə çıxır ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən xüsusi tapşırıq gəlibmiş və yaxud da mərkəz özü missiyaya əvvəlcədən hazırlanmış hesabat göndəribmiş. Ona görə də bizim müşahidələrimiz zamanı seçkilərlə bağlı qeyd olunan müsbət məqamların heç biri təqdim olunan hesabatda yer almadı. Təkcə mənim yox, müşahidə missiyasının digər üzvlərinin də şahidi olduqları müsbət məqamlar bu hesabatda əks olunmadı. Bu da o deməkdir ki, hesabatın dəyişdirilməsi ilə bağlı mərkəzdən verilən tapşırıq yerinə yetirildi.

Mən missiyanın rəhbəri Koryen Yonkerə etirazımı bildirdim ki, təqdim olunan hesabatda müşahidə missiyasının heç bir qeydi yer almayıb. O isə cavabında dedi ki, missiya rəhbərinin müavini Stefan Krausun təqdim etdiyi hesabat kifayətdir. Güman ki, həmin hesabat da məhz mərkəzdən hazır vəziyyətdə göndərilmiş hesabatdır. Müşahidə missiyasının seçkilərlə bağlı təqdim etdiyi qərəzli hesabata jurnalistlər etiraz etməkdə tam haqlı idilər.

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının siyasi məsələlər üzrə köməkçisi hesabatın hazırlanmasında missiya rəhbərinin müavini Stefan Krausun fəal iştirak etdiyini və onun Azərbaycana mənfi münasibət bəslədiyini bildirdi. O, tam əminliklə təqdim edilən hesabatın seçkilərdən əvvəl hazırlandığını, sadəcə, seçkilərdən sonra elan edildiyini vurğuladı və buna etiraz əlaməti olaraq istefa verdiyini diqqətə çatdırdı.

Necə deyərlər, hər şey aydındır və şərhə ehtiyac yoxdur!

3.7. ATƏT/DTHİB-nin Corc Sorosla şübhəli işbirliyi

ATƏT/DTİHB Seçki Müşahidə Missiyası (SMM) 2008-ci ildə Bakıda baş ofisdəki 12 beynəlxalq ekspertin daxil olduğu əsas komanda və komandalar şəklində regionlarda yerləşdirilmiş 28 uzunmüddətli müşahidəçidən ibarət olub. SMM müşahidəçilərinin əksəriyyəti ATƏT qərargahlarının yerləşdiyi “Vyananın Qərbi”ndən olmaqla, ATƏT-ə üzv 23 Dövlətdən göndərilmişdi. Cəmi iki ildən sonra – 2010-cu ildə ATƏT/DTİHB SMM-i 15 nəfərlik əsas komanda və 22 nəfərlik uzunmüddətli müşahidəçi qrupundan ibarət olub. 2013-cü il seçkilərində SMM 15 nəfərlik əsas komanda və 30 uzunmüddətli müşahidəçidən ibarət idi. ATƏT/DTİHB SMM 11 aprel 2018-ci il prezident seçkilərində isə 11 ekspertdən ibarət əsas komanda və ümumilikdə 28 uzunmüddətli müşahidəçi ilə təmsil olunmuşdu.

Digər nəzərə çarpan məqam isə odur ki, Azərbaycanda 9,5 milyon əhalinin olmasına baxmayaraq, buraya 325 milyondan artıq əhalisi olan ABŞ-la müqayisədə daha çox müşahidəçi göndərilmişdi. Məntiqi sual yaranır: Nə üçün ATƏT/DTİHB Azərbaycanda seçkini müşahidə etmək üçün 28 uzunmüddətli müşahidəçi, Azərbaycandan 35 dəfə artıq əhalisi olan ABŞ-a isə cəmi 26 ekspert göndərir? ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə yalnız 13 müşahidəçidən ibarət əsas komanda göndərildiyi halda, Azərbaycanda keçirilən ötən növbəti seçkilərə daha çox sayda müşahidəçi göndərməkdə məqsəd nədən ibarətdir?

ATƏT/DTİHB SMM-inin tərkibində İsveç, Norveç, Danimarka, ABŞ, Birləşmiş Krallıq, Almaniya və İsveçrə həmişə Azərbaycana seçki müşahidəçiləri göndərir və bu ölkələrin təmsilçiləri ATƏT və Avropa Şurası kimi təşkilatlarda Azərbaycana qarşı tez-tez tənqidi mövqe nümayiş etdirirlər. Bu səbəbdən ATƏT/DTİHB-nin metodologiyası ikili standartlar və o cümlədən “Vyananın Qərbi”ndən SMM-lərin bir mərkəzdə birləşdirilməsi ilə nəticələnir.

Bundan əlavə, metodun olmaması və seçkilərin müşahidəsi üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilərin sayının həddindən artıq çox olması ATƏT/DTİHB müşahidə missiyalarının arxasında hansı siyasi məqsədlərin dayandığını üzə çıxarır. ATƏT/DTİHB-nin Azərbaycana böyük nümayəndə heyəti göndərmək istəyi göstərir ki, vəziyyətin kənar vasitə ilə daxildən formalaşdırılması üçün açıq şəkildə siyasiləşdirilmiş yanaşma əvvəlcədən hazırlanır.

Bu isə bir daha müəyyən dairələrin təsiri altında olan ATƏT/DTİHB rəhbərliyinin seçkidən sonra Azərbaycana qarşı əsassız iddialar irəli sürmək üçün platforma hazırlamaq məqsədilə seçkilərin monitorinqini planlaşdırılmış şəkildə siyasiləşdirdiyini göstərir. Məlumdur ki, ATƏT/DTİHB-nin əsas rolu 1992-ci ildə qəbul edilmiş Helsinki Sənədi ilə müəyyən edilib və bu sənədə əsasən, ATƏT/DTİHB-nin əsas rolu insan hüquqları sahəsində öhdəlikləri icra etmələri üçün üzv dövlətlərə yardım etməkdən ibarət olmalıdır. Lakin bu qurum Azərbaycanda seçkiləri müşahidə etmək imkanlarından sui-istifadə edərək, öz mandatını aşıb və siyasi motivli qərarlar qəbul edib.

Məlumdur ki, ATƏT/DTİHB 1991-ci ildə təsis edilib. Hazırda burada 35 ölkədən 180-dən çox heyət üzvü işləyir. DTİHB-nin fəaliyyətləri hər il üzv dövlətlər tərəfindən qəbul edilən əsas büdcədən, eləcə də könüllü töhfələrdən maliyyələşir.

Təhlillər göstərir ki, 2008-ci ildən bəri DTİHB-nin bütün direktorları Amerikanın birinciliyini bütün dünyaya yaymaq məqsədilə digər ölkələrdə sabitliyin pozulması və qloballaşdırıcı məqsədlərə xidmət edən Soros şəbəkəsi ilə əlaqədə olmuş və ya bu şəbəkə ilə gizli sövdələşməyə girmək üçün ən azından ciddi səylər göstərmişlər.

ATƏT/DTİHB-nin 2008-2014-cü illərdə direktoru Yanez Lenarçiç (Sloveniya) olub. Bu vəzifədə onu 2014-2017-ci illərdə Maykl Georq Link (Almaniya) əvəz edib. İngibyörq Solrun Gisladöttir (İslandiya) 2017-ci ilin iyulundan indiyədək DTİHB-nin direktorudur.

DTİHB rəhbərliyi və Corc Soros QHT-lər ilə əlaqəsi olan fərdlər arasında hər hansı bağın olmasını və onların hər ikisi arasında hər hansı koordinasiyanın olub-olmamasını araşdırarkən məlum olur ki, 2008-2014-cü illərdə director vəzifəsini daşımış Səfir Janez Lenarçikin Corc Sorosla və onun Avropada ən etibarlı əməkdaşı, Avropa Sabitlik Təşəbbüsünün (ESİ) direktoru Gerald Knausla şəxsi münasibətləri var. ESİ təşkilatı Soros tərəfindən maliyyələşdirilir, “Açıq Cəmiyyət İnstitutu”na məxsusdur və öz fəaliyyətini Azərbaycandakı sabitliyi pozmaq üçün ölkə hökumətini tənqid etməyə həsr edib.

Məlumdur ki, “Açıq Cəmiyyət İnstitutu”nun keçmiş Sovet İttifaqı ölkələrində seçki prosesinə qarışması bir sıra ictimai hərəkatlara təkan verib və bu, “rəngli inqilablar” vasitəsilə Sorosla dost olmayan hökumətlərin devrilməsi ilə kuliminasiya nöqtəsinə çatıb. Həmin dəstək bir neçə formada olub:

  • • Vətəndaş cəmiyyəti təşkilatlarını uzun müddət dəstəkləməklə fəallardan ibarət kadrların formalaşdırılması;
  • • Baş qaldıran siyasi hərəkatların pul və təcrübə ilə təmin olunması;
  • • Fəalların adından Qərb hökumətləri ilə danışıqlar aparılması;
  • • Seçkilərdən sonra hakimiyyətə gələn reformistlərə dəstəyin təmin olunması.

Sorosun “Açıq Cəmiyyət” İnstitutu regionda əsaslı dəyişikliklərin çoxunda iştirak edib. Bu sıradan Slovakiya (1998-1999), Xorvatiya (1999-2000), Serbiya (2000), Gürcüstan (2003-2004), Ukrayna (2004, 2014) və Qırğızıstan (2005) kimi ölkələri misal gətirmək kifayətdir. “Açıq Cəmiyyət” eyni zamanda regionda seçkilər ərəfəsində yerli aktorlar kimi fəaliyyət göstərən bir sıra QHT-lərə maliyyə yardımı göstərib və bu təşkilatlar Sorosun maraqlarını reallaşdırmaq üçün fəaliyyət göstərib.

Qeyd etdiyim kimi, Səfir Lenarçiçdən sonra 2014-2017-ci illərdə DTİHB-nin Direktoru vəzifəsini almaniyalı Maykl Georq Link tutub. Link 2005-ci ildə Azad Demokrat Partiyasının (FDP) üzvü kimi Heilbronn /Baden-Württemberg-dən Almaniya Parlamentinə üzv seçilib və 2013-cü ilə kimi işləyib. Həmin dövr ərzində (2006-2013) Link ATƏT Parlament Assambleyasının üzvü kimi güclü ATƏT əlaqələri qurub. 0,2012-ci ilin yanvarından 2013-cü ilin dekabrına kimi Almaniya Hökumətində Avropa üzrə Dövlət Naziri vəzifəsində işləyib və burada ATƏT, Aİ, Avropa Şurası və NATO məsələlərinə görə məsul şəxs olub.

Maykl Georq Link Beynəlxalq Sülh Əməliyyatları Mərkəzinin (ZİF) Nəzarət Şurasının keçmiş sədridir. Beynəlxalq Sülh Əməliyyatları Mərkəzi (ZİF) Almaniyada, digər məsələlərlə yanaşı, seçki müşahidəsinə həsr olunan çox mühüm təşkilatdır. Maykl Georq və Gerald Knaus orada dəfələrlə görüşüblər və birlikdə ATƏT və Avropa Şurası kimi institutlarda Azərbaycan hökumətinə qarşı ən kəskin tənqidi fikirdə olan nümayəndələrlə bir sıra görüşlər keçirilib.

ZİF ATƏT/DTİHB-də böyük təsir dairəsinə malik bir təşkilatdır. Misal üçün, ZİF 2014-cü ildə seçki müşahidə missiyalarının işini müzakirə etmək üçün tədbir təşkil etmişdi. Paneldə Sorosun Azərbaycana qarşı işçisi Gerald Knaus, Almaniya Xarici Əlaqələr İdarəsində Strategiyanın Planlaşdırılması Heyətinin rəhbəri Tomas Bagger, ATƏT/DTİHB-nin Seçki Departamentinin rəhbər müavini Nikola Şmidt, Almaniya Hökumətində İnsan Hüquqları Siyasəti və Humanitar Yardım üzrə Komissar və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı olduqca tənqidi fikirdə olan Sosialist deputat Kristof Ştrasser yer almışdı. Tədbirin moderatoru ZİF-in Direktoru və Baş Analitiki Vibke Hansen idi. Tədbirdə Gerald Knaus açıq şəkildə ATƏT/DTİHB-nin işinə dair təkliflər irəli sürmüşdü və təşkilatın gücləndirilməsinin vacibliyini vurğulamışdı və uzunmüddətli peşəkar missiyalar ilə rəyə əsaslanan qısamüddətli (siyasi) missiyalar arasındakı fərqi daha qətiyyətlə izah etmişdir. Debat zamanı Kristof Ştrasser parlament müşahidə missiyalarının azaldılmasının və onun əvəzinə uzunmüddətli peşəkar missiyaların gücləndirilməsinin daha yaxşı ideya olması ilə razılaşıb. Knaus əlavə edib ki, parlamentarilər monitorinq aparmağa davam etməlidir, lakin qısamüddətli səfərlər əsasında “nümayəndə heyəti” adından qiymətləndirmə verilməməlidir. Bundan



əlavə, o tövsiyə edib ki, DTİHB yerli monitorinq təşkilatlarını siyasi partiyalar və hakimiyyətin idarə etdiyi təşkilatlan fərqləndirmək üçün onları (onların müstəqilliyi saxlanılacaq) sertifikatlaşdırmalıdır.

Tomas Bagger izah edib ki, Almaniya DTİHB-ni ciddi şəkildə nəzərə alır və ümid edir ki, onun direktorluğa namizədi üstünlük təşkil edəcək. Gerald bununla razılaşıb, lakin eyni zamanda ümid edir ki, təşkilat batmazdan əvvəl Avropa Şurasının növbəti baş katib seçkilərində alman namizəd qalib gələcək. Avropanın həm güclü və müstəqil DTİHB-yə, həm də etibarlı Avropa Şurasına ehtiyacı var. Almaniya gərək Avropa Şurası böhranını ciddi qəbul etsin və müttəfiqlərlə birlikdə ciddi islahatlar üçün aidiyyəti demokratlar klubunu sıxışdırsın.

Avrasiyada demokratiyalar və diktatorluqlar arasında debat üçün ehtiyac duyulan platformaya çevrilən ATƏT ilə gah demokratiyalar klubu olan, gah da bütün legitimliyini itirən Avropa Şurasını fərqləndirmək lazımdır. Seçki monitorinqinin vacibliyi və legitimliyini daha geniş ictimaiyyətə izah etmək lazımdır. Standartın qəbul edilməsinə ehtiyac var, belə ki, Avropa Şurasına üzv dövlətdə heç bir seçki bu standartdan aşağı səviyyəyə düşməməlidir. Məsələn, sistemli şəkildə seçki qutularının doldurulması halının aşkarlanması belə standartdan çox aşağıda dayanır.

Sorosun “Açıq Cəmiyyət”inin hakimiyyətə öz lobbiçiliyi barədə müvafiq qaydada hesabat vermədən illərlə DTİHB-nin fəaliyyətinə təsir göstərməsi barədə kifayət qədər dəlillər var. Bir-biri ilə çoxsaylı əlaqələri olan, digərinin nə etməsi barədə çox məlumatı olan və eyni məqsəd uğrunda əzmlə çalışan bu iki təsisatın əməkdaşlıq etmək üçün yol tapa bilməməsi bu məqamda həqiqətən də nəzərəçarpan bir təsadüf olardı.

Maykl Georq Link Azərbaycan hökumətini legitimsizləşdirmək məqsədilə 2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edəcək missiyanı ləğv edən ATƏT/DTİHB-nin direktoru olub. O demişdi: “Azərbaycan hakimiyyətinin məhdud sayda müşahidəçilərin gətirilməsində təkid etməsi birbaşa ölkənin ATƏT qarşısındakı öhdəlikləri və DTİHB-nin seçki müşahidə mandatı ilə ziddiyyət təşkil edir”.

Eyni zamanda qeyd edilməlidir ki, Maykl Georq Link ATƏT/DTİHB direktoru vəzifəsində olduğu müddətdə Avropa Şurasının seçki müşahidələrinə təsir göstərmək və qısamüddətli müşahidə missiyalarının vacibliyinin azaldılması məqsədinə nail olmaq üçün AŞPA ilə münasibətlərdə fəal rol oynayıb.

İslandiyalı İngibyörq Solrun Gisladöttir 2017-ci ilin iyulunda ATƏT/DTİHB-nin direktoru mandatını qəbul etdi. Gisladöttir almaniyalı Maykl Georq Linkdən sonra bu vəzifəyə gəlib. DTİHB-nin direktoru olmamışdan əvvəl o, 2014-cü ildən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru və Komitənin Türkiyədə Ölkə Təmsilçisi olub. 2011-2014-cü illərdə bu Komitənin Əfqanıstanda Ölkə Təmsilçisi kimi işləyib. ATƏT/DTİHB-nin Azərbaycanda 11 aprel 2018-ci il prezident seçkiləri ilə bağlı mövqeyi göstərdi ki, bu qurum İngibyörq Solrun Gisladöttirin direktorluğu müddətində də DTİHB-nin etibarlılığının artırılması və Azərbaycan kimi ölkələrə ikili standartların tətbiq edilməsinin qarşısının alınması istiqamətində heç bir addım atmayacaq.

3.6. ATƏT/DTİHB SMM-in köçürülüb-yapışdırılmış hesabatları

Ümumiyyətlə, seçki müşahidəsi vətəndaş cəmiyyəti və müxalif qüvvələri səfərbər etmək və siyasi rejimlərin sabitliyini pozmaq üçün olduqca effektiv bir alətdir. Bu baxımdan ATƏT/DTİHB seçkiləri müşahidəni həyata keçirən qurum olmaqla rejim dəyişikliyini Qərbin əllərində və onun effektiv nəzarətində saxlamaq üçün vasitədir. Bu səbəbdən ATƏT/DTİHB-nin seçki müşahidəsini siyasi iğtişaşlarla əlaqələndirmək yanlış deyil.

ATƏT/DTİHB, ATƏT PA, AŞPA və Avropa Parlamentinin 8 noyabr 2010-cu ildə verdikləri İlkin Faktlar və Nəticələrdən ibarət Bəyanatda deyilir: “Azərbaycan Respublikasında 7 noyabr tarixli Parlament Seçkiləri dinc şərait və bütün müxalifət partiyalarının siyasi prosesdə iştirakı ilə səciyyələnsə də, seçkilərin aparılması ölkənin demokratik inkişafında əhəmiyyətli irəliləyişin əldə edilməsi üçün qənaətbəxş hesab edilməmişdir”.

Üç ildən sonra ATƏT/DTİHB-nin 2013-cü il seçkiləri ilə bağlı verdiyi bəyanatda deyilirdi: “İfadə, toplaşma və birləşmə azadlıqlarına tətbiq edilən məhdudiyyətlər seçki gününə xələl gətirmiş və namizədlərə bərabər şərait təmin edilməmişdir. Namizədlərin və seçicilərin hədələnməsi və məhdudlaşdırıcı mətbuat mühiti təşviqat kampaniyasını pozmuşdur. Seçki günü keçirilən proseslərin hər bir mərhələsində əhəmiyyətli problemlər müşahidə olunmuşdur ki, bunlar da ATƏT qarşısında həqiqi və demokratik seçkilərə dair Azərbaycanın götürdüyü öhdəlikləri tam yerinə yetirməkdə üzləşdiyi çatışmazlıqların ciddi mahiyyətini nümayiş etdirmişdir”.

Ümumiyyətlə, ATƏT/DTİHB tərəfindən Azərbaycanda keçirilən seçkilərin qeyri-obyektiv qiymətləndirilməsi ölkənin müstəqillik əldə etməsindən sonra mütəmadi şəkil alıb. Xüsusilə AŞPA, Avropa Parlamenti və ATƏT PA missiyalarının 2013-cü il prezident seçkilərinin nəticələrinə dair qiymətləndirmələri müsbət olduğu halda, ATƏT/DTİHB missiyasının qiymətləndirməsi qeyri-obyektiv və qərəzli olub. ATƏT/DTIHB 2015-d ildə müxtəlif bəhanələrlə parlament seçkilərini müşahidə etməkdən imtina edib və uğursuz şəkildə əvvəlcədən planlaşdırılmış təxribatlar vasitəsilə parlament seçkilərini legitimsizləşdirməyə çalışıb. Narahatlıq doğuran məqam odur ki, vəzifələrinin icrasında qərəzsiz olmalı olan təşkilat araşdırılmış son 10 ildə özünün Qərbyönümlü və anti-Azərbaycan yazılarını doldurmaq məqsədilə Azərbaycanda keçirilən seçkilər barədə reallıqla manipulyasiya edib.

Doğrudan da, ATƏT/DTİHB missiyalarının 2008, 2013, 2018-ci il prezident seçkiləri və 2010-cu il parlament seçkiləri başa çatdıqdan sonra hesabatları, 2015-d il parlament seçkilərindən qabaq açıqladığı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabata köçürülüb-yapışdırılmış eyni cümlələr, ifadələr və sözlərdən ibarət olub.

Misal kimi aşağıda göstərilən nümunələrdə qara hərflərlə verilmiş cümlələr, ifadələr və ya sözlər müxtəlif seçki illərində ATƏT/DTIHB-nin yekun hesabatlarında davamlı olaraq təkrarlanıb. Müxtəlif seçki müşahidəçilərinin işinin 2008, 2013 və 2015-ci illərdə eyni sözlərdən ibarət olması təsadüfi ola bilməz. Mətndə təkcə rəqəmlər dəyişdirilib, lakin sabitliyin pozulmasına yönəlmiş və siyasi xarakterli ismarışlar olduğu kimi qalıb. ATƏT/DTİHB buna görə izahat verməlidir, çünki belə təcrübə Və onun bitərəf seçki müşahidəçisi kimi etibarlılığı olduqca aşağı səviyyəyə düşür.



A. Açılış və Səsvermə Prosedurları

Səfər edilmiş seçki məntəqələrinin 21 89 faizində açılış prosedurları mənfi müsbət qiymətləndirilmiş, bunun əhəmiyyətli dərəcədə yüksək rəqəm olması ciddi problemlərin mövcudluğuna dəlalət edir daha çox problemlər şəhər yerlərində deyil (bunlardan 5 faizi pis və ya çox pis kimi qiymətləndirilmiş), kənd yerlərində (bunlardan 21 faizi pis və ya çox pis kimi qiymətləndirilmişdir) müşahidə olunmuşdur. Bununla belə, bir sıra prosedur nöqsanları, o cümlədən BSMM tərəfindən tez-tez qeydə alınmışdır; onlar arasında aşağıdakı çatışmazlıqlar mövcud idi – bülletenləri etibarlılaşdırmaq üçün onların sayılması və möhürlənməsinin yoxlanılması (20 faiz); alınmış seçki bülletenlərinin sayının elan edilməsi və protokola salınması (müşahidə aparılan məntəqələrin 39 28 faiz), seçki bülletenləri qutusunun üzərində olan möhürlərin seriya nömrəsinin elan və qeyd edilməsi (19 17 faiz); və mövcud tələblərə zidd olaraq müşahidənin əhatə etdiyi MənSK-ların 30%-də qeydiyyatdançıxma vərəqələri ləğv edilməmişdir (ölkə üzrə bu vərəqələrin toplam sayı 420,000-ə yaxındır) və istifadə olunmamış qeydiyyatdan çıxmaq haqqında vərəqələrin (OÇV-lərin) hesablanması və ləğv edilməsi (18 faiz). Seçki qutuları, xüsusən də səyyar qutular bəzi hallarda kifayət dərəcədə möhürlənməmişdir. BSMM müşahidəçilərindən ibarət doqquz heyət məruzə etmişdir ki, hesabatlılığın təmin olunması və potensial saxtakarlığın qarşısının alınması üçün minimal tədbirlər həyata keçirilməmişdir açılış prosedurlarının bütün mərhələləri yerlərdə olan şəxslərə aydın şəkildə görünmürdü və dörd halda isə yeddi heyət məruzə etmişdir ki, onlar bu mərhələdə müşahidələrin aparılmasında məhdudiyyətlərlə üzləşmişlər. Açılışı müşahidə olunan demək olar ki. bütün MənSK-lar tələb olunan bütün seçki materiallarını almışlar. Bir neçəsi istisna olmaqla, seçki məntəqələri vaxtında açılmışdır; yubanmalar olsa da, 15 dəqiqədən çox olmamışdır.

BSMM müşahidəçiləri səfər etdikləri seçki məntəqələrinin 12 94 faizində səsvermə prosesini mənfi, yaxsı və ya əla kimi qiymətləndirmiş və onun ümumiyyətlə yaxsı, rəvan və etibarlı səkildə təşkil olunduğunu təsvir etmişlər. MənSK-lar və seçicilərin prosedurlar barədə anlayışı əsasən müsbət qiymətləndirilmişdir. BSMM müşahidəçiləri səsvermənin gedişi zamanı bir sıra prosedur pozuntularını qeyd etmişlər.



Əksər televiziya kanalları (ANS istisna olmaqla), o cümlədən ictimai İctimai TV beynəlxalq seçki müşahidəçilərin BSMM-in İlkin Faktlar və Nəticələr barədə Bəyanatının seçilmiş yerlərini vermiş və bunu təhrif edilmiş formada təqdim etmişlər. Əksər Media diqqəti qiymətləndirmənin yalnız müsbət məqamlarına yönəltmiş, bəyanatın Bəyanatın nəticələrində və faktlarında göstərilmiş vacib faktlar və çatışmazlıqlara diqqət yetirməmişdir.



a. Sənədlərin yoxlanılması qaydaları və prosedurlarının şəffaflığını artırılmaqla, yoxlama prosesinə iddialı şəxsləri və onların nümayəndələrini dəvət etməklə, yoxlamanın nəticələri və onların sənədlərində mümkün ola bilən çatışmazlıqlar haqda namizədlərə ağlabatan müddət ərzində təfsilatlı məlumat verməklə və həmin çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq imkan təmin etməklə namizədliyin irəli sürülməsi və qeydiyyata almması üzrə qanunvericiliyin mövcud müddəalarının tətbiqi təkmilləşdirilməlidir. Namizədliyin qeydə alınmaması üzrə qərarlar geniş şəkildə əsaslandırılmış və tutarlı olmalıdırlar. Kiçik texniki səhvlər və ya qeyri-dəqiqliklər vətəndaşların vəzifəyə seçilmək kimi fundamental hüquqlarını məhdudlaşdırmaq naminə əsas kimi çıxış etməməlidir.



12. 17. MSK Milli Televiziya və Radio Şurası ilə əməkdaşlıq edərək kampaniya zamanı seçki məcəlləsinin media ilə bağlı müddəalarına əməl edilməsini, o cümələdən ITV və ya digər dövlət Dövlətin mülkiyyətində olan və ya maliyyələşdirdiyi mediada seçki iştirakçılarını xəbərlərdə bərabər şəkildə işıqlandırmasını təmin etməlidir. Seçki kampaniyası dövründə MTRŞ Milli Televiziya və Radio Şurası tərəfindən aparılan sistematik media monitorinqi bu tapşırığın icrasında tapşırıqda MSK-ya yardımçı ola bilər olardı.



Səslərin hesablanması prosesində yetərincə Prosesin şəffaflığı seçki bülletenlərinin hansı formada işarələnməsinin müşahidəçilər tərəfindən (16 faiz hallarda) aydın şəkildə görünməməsi faktı bir çox seçki məntəqələrində sübhə altına alınmışdır BSMM-nın müşahidəçiləri qeyd etmişdirlər ki, əhatə olunan 24 məntəqədə səslərin hesablanması prosesini aydın şəkildə müşahidə etmək mümkün olmamışdır və ümumi məntəqələrin 1/3-də. Müşahidə olunmuş hesablamaların 12 faizində 17 məntəqədə, yerli və xarici müşahidəçilərə bülletenlərlə tanış olmaq imkanı yaradılmamışdır, seçki bülletenlərinin etibarlı olması əsaslı qaydada müəyyən edilməmiş, 19 seçki məntəqəsində isə 11 faizində isə, həmin müəyyən edilmə ardıcıl şəkildə aparılmamışdır. Müşahidə olunmuş seçki məntəqlərinin 12 8 faizində MənSK üzvlərindən başqa kənar şəxslər səslərin hesablanmasında iştirak etmişdir və 14 seçki məntəqəsində 4 faizində isə, rəsmi nəticələr protokolu nəticələrin müəyyən edilməsindən öncə MənSK-ların üzvləri tərəfindən imzalanmışdır.

BSMM müşahidəçiləri seçici siyahılarında olan məlumatlar, nəticələr və ya protokollarm göz qarşısında manipulyasivasını saxtalaşdırılmasını on halda məruzə etmişlər. Müşahidə olunmuş bir hesablama əməliyyatında, səslər başqa namizədə sayılmış, digər bir halda isə, etibarlı seçki bülletenləri dövriyyədən çıxarılmış və rəsmi səsvermə hesablamasına daxil edilməmişdir.

MənSK-ların təxminən 42-də təxminən 22 faizində nəticələr protokollarının doldurulmasında problemlər üzə çıxmış, müşahidə olunmuş hesablamaların 5 faizində protokol tələb olunan qaydada diyircəkli qələm ilə doldurulmamışdır. MənSK-lar yekun protokola nəticələrin daxil edilməsində çətinliklər çəkmiş. 15 məntəqədə yekun nəticələrin protokola tam daxil edilməməsinə baxmayaraq, MnSK üzvləri protokolu artıq imzalamışdırlar. BSMM və namizədlərin müşahidəçiləri müraciət etsələr belə, adətən protokolun sürətini əldə edə bilməmişdirlər. Hesablama müşahidə olunan seçki məntəqələrinin yarısından çoxunda 35 faizində MənSK-lar qanunla tələb edildiyi kimi və MSK-nın Seçki Günü Kitabçasında aydın səkildə qeyd edilən qaydada nəticələrin protokolunu ictimaiyyətin tanış olması üçün göstərməmişdir.

18 halda Lakin müşahidəçilər, o cümələdən BSMM-in müşahidəçiləri əksər hallarda xahiş əsasında protokolların nüsxələrini almışlar. BSMM müşahidəçilərindən ibarət doqquz heyət məruzə etmişdir ki, hesablama başa çatdırılandan və protokol doldurulandan sonra MənSK-lar seçki materiallarını DSK-lara çatdırılmasını ləngitmişdir aydın səbəb olmadan dərhal çatdırmamışdır. Müşahidə aparılmış Seçki materiallarının ötürülməsi hallarının 17 23 faizində MənSK sədri və seçki materialları DSK-ya protokol aparılarkən qanunla tələb edildiyi qaydada müxtəlif partiyaları təmsil edən iki MənSK üzvü tərəfindən müşayiət olunmamışdır.



c. ATQT/DTIHB-nun əvvəlki tövsiyələrinə uyğun olaraq seçkiqabağı kampaniya mühitinin daha da açıq olmasmı təmin etmək məqsədilə icra strukturlarının kampaniyanın keçirilməsi üçün rəsmi yerlərin ayrılmasına tətbiq etdikləri məhdudlaşdırıcı yanaşma yenidən nəzərdən keçirilməlidirlər. İctimai yığıncaqların keçirilməsi barədə xəbərdarlıq və müraciət məsələləri üzrə Seçki Məcəlləsi ilə sərbəst toplaşmaq azadlığı haqqında qanun arasında olan ziddiyətlər aradan qaldırılmalı və toplantının keçirilməsi ilə əlaqədar namizədlərdən icra strukturlarını yalnız xəbərdar etmək tələb olunmalıdır. Rəsmi seçkiqabağı təşviqat müddəti 60 gündən 22 günə qədər azaldıldığından namizədlərin və siyasi partiyaların təkcə seçki müddətində deyil. istənilən vaxt seçicilərlə əlaqə yarada bilməsi və yürüşlər təşkil edə bilməsini təmin etmək üçün səy göstərilməlidir.

Məlumdur ki, 2008, 2013 və 2015-ci illərdə ATƏT/DTİHB seçkiləri müşahidə missiyalarının rəhbərləri və missiyanın tərkibi müxtəlif olmuşdur. Sual edilir: fərqli səlahiyyətlilərin, fərqli üzvlərin müxtəlif illərə aid olan yekun hesabatlarda eyni cümlələri təkrarlaması necə mümkündür? ATƏT/DTİHB missiyalarının hesabatlarının pərdə arxasından “manipulyasiya edilməsinə” görə kimsə məsuliyyət daşıyırmı?

Əslində, bu hesabatın müəllifi qətiyyətlə hesab edir ki, ATƏT/DTİHB müşahidəçiləri tərəfindən hazırlanmış ilk hesabatlar, nəticə etibarilə, QHT-lər şəbəkəsi vasitəsilə bəzi Qərb ölkələrinin milli maraqlarına xidmət etmək üçün əvvəlcədən işlənib hazırlanmış siyasi gündəlik əsasında manipulyasiya olunur.

ATƏT/DTİHB-nin Ehtiyaclann Qiymətləndirilməsi Missiyasının (EQM) hesabatları obyektiv deyil…

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) bir qayda olaraq üzv ölkələrdə keçiriləcək seçkilər öncəsi Ehtiyacların qiymətləndirilməsi üzrə missiya (EQM) hesabatını təqdim edir. ATƏT/DTİHB hakimiyyətin dəvətindən sonra 2015-ci ilin avqust ayının sonunda Azərbaycanda 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının (EQM) hesabatını açıqlamışdı. Hesabat əsasən 2008, 2010, 2013-cü illərdə Azərbaycanda keçirilən seçkilər öncəsi hazırlanmış analoji sənədləri, demək olar ki, təkrar edirdi və onlardan əsasən rəqəmlərlə fərqlənirdi. Hesabatda seçki mühiti və seçki prosesi ilə bağlı əhəmiyyət kəsb edən məsələlər aşağıdakı mövzularda birləşdirilmişdi: gender bərabərliyi, seçki komissiyaları, müraciət prosedurları, namizədlərin qeydiyyatı prosesi, toplaşma azadlığı, QHT-lərin seçki monitorinqi, diffamasiya qaydaları və mətbuat.

ATƏT/DTİHB-nin EQM hesabatının hərtərəfli araşdırılmasından məlum oldu ki, Azərbaycanda seçkilərlə bağlı beynəlxalq qurumların (AP, AŞPA, ATƏT PA, ATƏT/DTİHB və Venesiya Komissiyası) indiyədək müxtəlif dövrlərdə irəli sürdükləri tövsiyələr EQM hesabatında toxunulan mövzular ətrafında ümumiləşdirilib və bir sıra tənqidi fikirlər bildirilib. Bu tənqidi fikirlərin obyektivlik və əsaslandırılma dərəcəsi vacib əhəmiyyət kəsb edirdi.

Odur ki, bu mövzularla bağlı Azərbaycanda formalaşdırılmış hüquqi çərçivə və praktika ilə bağlı ATƏT/DTİHB-nin EQM hesabatında irəli sürülmüş tənqidi fikirlərin nə dərəcədə obyektiv olub-olmamasını dəyərləndirmək məqsədilə seçki prosesinə dair Azərbaycanda formalaşdırılmış qanunvericiliyi Almaniya, Fransa, Niderland, Norveç kimi bir neçə Avropa ölkələrinin qanunvericiliyi və praktikası ilə müqayisəli təhlil etmişik. Müqayisəli təhlildə bütün başlıca məsələlər öz əksini tapıb, gender bərabərliyi isə ayrıca, beynəlxalq yönümlü perspektivdən təhlil edilib.

1. ATƏT/DTİHB-nin EQM hesabatında qadınların dövlət idarələrində az təmsil olunması, onların parlamentdə yerlərin təxminən 16%-ni və 42 nazirlik postundan 1-ni tutması diqqətə çatdırılır. Bununla bağlı qeyd edilməlidir ki, qadınların qərarverici vəzifələrdə az təmsil olunması məsələsi yalnız Azərbaycanda deyil, bir çox yetkin demokratiyalarda mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir.

Bununla bərabər aparılmış müqayisəli təhlil göstərir ki, 2010- 2014-cü illərdə milli parlamentlərdə qadınların təmsil olunma faizi beynəlxalq və Avropa nümunələri ilə oxşardır, yaxud əksər hallarda Azərbaycandan aşağıdır. Məsələn, Çex Respublikası (20%), Estoniya (19%), Macarıstan (10%), İrlandiya (16%), Yaponiya (8%), Malta (14%), Rumıniya (14%), Birləşmiş Krallıq (23%) və Birləşmiş Ştatlar (19%).

Bundan əlavə, Azərbaycan Respublikası 2015-ci ilədək parlamentdəki deputatların 16%-nin qadın olması göstəricisi ilə regionumuzda ən yaxşı nəticəyə malikdir, belə ki, Ermənistanda bu rəqəm 11%, Gürcüstanda 12%, İranda 3%, Rusiya Federasi­yasında 14% və Türkiyədə 14%-ə bərabər olub.

Maraqlıdır ki, EQM hesabatında seçki komissiyalarında tarazlaşdırılmış gender iştirakı ilə bağlı heç bir müddəanın olmadığı bildirilir. Lakin təhlil nəticəsində aşkar edilib ki, nəzərdən keçirilmiş ölkələrin seçki qanunlarının heç birində dövlətin müvafiq seçki komissiyalarında qadınların təmsil olunmasına dair xüsusi müddəalar nəzərdə tutulmayıb. Beləliklə, Azərbaycanın nümunəsində seçki komissiyasının tərkibinə dair seçki qanunlarında gender bərabərliyi məsələsinə toxunulmasının əsassız və qeyri-obyektiv olması sübuta yetirilib.

2. DTİHB-nin EQM hesabatında müzakirə edilən digər mövzu seçki komissiyaları ilə bağlıdır. Hesabatda bildirilir ki, seçki komissiyalarının təşkili formulası, namizədlərin qeydiyyat proseduru və şikayət və müraciətlərə baxılması mexanizmləri uzunmüddətli tövsiyələrin mövzusu olaraq qalır və hələ də nəzərdən keçirilməyib.

Biz seçkilərin təşkili, seçkilərə müvafiq nəzarət və seçki prosesinə məsul olan təsisat və onun formalaşması mexanizminə dair Azərbaycan qanunvericiliyinin Almaniya, Niderland, Norveç və Fransa qanunvericiliyi ilə müqayisəli təhlilini apardıq. Göstərilən dövlətlərin seçki qanunlarının müqayisəli təhlili göstərir ki, müəyyən hallarda (misal üçün, Almaniya yaxud Niderland) icra hakimiyyətinin bir hissəsi olan Daxili İşlər Nazirliyinə mərkəzi seçki komissiyalarının irəli sürülməsində geniş səlahiyyət verilir. Odur ki, Mərkəzi Seçki Komissiyasının ölkəmizdə seçki prosesinin təşkili, keçirilməsi, nəzarəti ilə bağlı məsuliyyət daşıyan və müstəqil administrasiya kimi fəaliyyət göstərən mərkəzi orqan olmasını nəzərə alsaq, Azərbaycanın qəbul etdiyi sistemin tənqidinin əsassız və ədalətsiz olduğunun şahidi oluruq.

Bununla yanaşı aşkar edilmişdir ki, qeyd edilən Avropa dövlətlərinin heç biri seçki komissiyasının təşkili barədə qərar kimi məsələlərdə hakim siyasi partiyanın mümkün təsiri ilə mübarizə məqsədilə heç bir qanuni müddəalar qəbul etməyib. Bundan əlavə, qanuni müddəalarda seçki orqanları üzvlərinin hüquqi potensialı və peşəkarlığma dair xüsusi qaydalar nəzərdə tutulmayıb.

Nəticədə belə bir qənaətə gəlmək olar ki, seçki komissiyalarının təşkili və fəaliyyətində irəliləyişlərin mümkünlüyü fikri ilə əsasən razılaşmaq olsa da, Azərbaycanda seçki komissiyalarının təşkilində siyasi pariteti təmin edən cari sistem təhlil edilmiş modellər arasında ən münasib və tarazlaşdırılmış sistemdir. Hesab edirik ki, ATƏT/DTİHB-nin EQM hesabatmda bu məsələ ilə bağlı əsassız və dərindən təhlil olunmamış mülahizələr yer alıb.

3. DTİHB-nin EQM hesabaünda tənqid obyekti olan məsələlərdən biri də seçki kampaniyasının müddəti ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda seçki kampaniyası qanuni olaraq səsvermə günündən 23 gün əvvəl başlaya bilər və seçki təşviqat fəaliyyəti səsvermə başlamazdan azı 24 saat əvvəl dayandırılmalıdır.

Araşdırmalar zamanı müəyyən edilib ki, Almaniya, Niderland və Norveçdə qanunla müəyyən olunmuş seçki kampaniyası müddəti nəzərdə tutulmayıb. Lakin Fransa qanunvericiliyində Milli Assambleyaya keçirilən seçkilərdə təşviqat kampaniyasına səsvermə günündən əvvəl dəqiq iyirmi gün müddəti ayrılıb. Bununla bərabər qeyd edilməlidir ki, Almaniya, Niderland və Norveçdə seçki kampaniyasının müddəti nəzərdə tutulmasa da, bu dövlətlərin hər birində adətlər, eləcə də əlavə hüquqi tələblər və təcrübi mülahizələr, məsələn, xərclər de-fakto 3-5 həftəlik kampaniya müddətini diqtə edir.

Beləliklə, Azərbaycan qanunvericiliyi təhlil edilmiş Avropa dövlətləri ilə oxşar kampaniya müddətini nəzərdə tutur. Sırf hüquqi baxımdan Fransada ən sərt hüquqi müddəalar mövcuddur, belə ki, qanuni icazə verilən seçki kampaniyasının müddəti yalnız iyirmi gündür. Azərbaycandakı qaydalar Fransa ilə müqayisədə bu baxımdan daha yumşaqdır və eyni zamanda faktiki olaraq təhlil edilmiş digər Avropa ölkələrindəki kampaniya müddəti ilə eynidir.

4. Müraciət prosedurları DTİHB-nin EQM hesabatmda toxunulan mövzulardan biridir. Qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyinə əsasən, seçki qanununun mümkün pozulması halları barədə şikayətlər iddia edilən qanunsuz qərar yaxud tədbir qəbul edildikdən 3 gün ərzində aidiyyəti tərəflər tərəfindən sənədləşdirilə bilər. Bütün bunlar 9 üzvdən ibarət Mərkəzi Seçki Komissiyasında və 3 üzvdən ibarət Dairə Seçki Komissiyasında yaradılmış ekspert qrupları tərəfindən araşdırılır. Azərbaycanda mövcud olan ikili hüquq çərçivəsinə əsasən, şikayətlərə əvvəlcə müstəqil seçki komissiyalarında baxılır, daha sonra ərizəçi həm seçkidən əvvəl, həm də seçkidən sonra apellyasiya üçün məhkəməyə müraciət edə bilər (Apellyasiya Məhkəməsi).

Qeyd edilməlidir ki, Azərbaycan qanunverici hakimiyyəti müraciətlər prosesindən kənar tutur, beləliklə, siyasi baxımdan daha tarazlaşdırılmış orqan olan Mərkəzi Seçki Komissiyasına qərar hüququ verir, eyni zamanda məhkəmənin çox fəal rol oynamasına şərait yaradır. Təhlil edilən digər Avropa dövlətləri hakim parlament partiyasının mümkün sui-istifadə hallarını aradan qaldırmağa yönəlmiş müddəalar qəbul etmir və yalnız məhdud hallarda, məsələn, konstitusiya hüququ olan səsvermə hüququ ilə bağlı məsələlərdə məhkəməyə müraciəti nəzərdə tutur.

Ümumilikdə, aparılan müqayisəli təhlil göstərir ki, Azərbaycanda seçki müraciəti prosedurları digər Avropa dövlətləri tərəfindən qəbul edilmiş prosedurlarla təxminən eynidir. Odur ki, bu məsələ ilə bağlı səsləndirilən tənqidi fikirlər qərəzli hesab edilməlidir.

5. ATƏT/DTİHB EQM hesabatında parlament seçkiləri zamanı namizədlərin qeydiyyatı prosesinə xüsusi yer ayıraraq, potensial namizədin qeydiyyata alınmış seçicilərin 450 imzasını müvafiq DSK-ya təqdim etməsini bildirir. Müxalifət partiyalarının və bəzi digər müsahiblərin öz namizədlərinə dəstək kimi imza atmaqdan çəkinmələri üçün onlara göstərilən potensial təzyiq barədə narahatlıq ifadə edir.

Təhlillər göstərir ki, digər ölkələrin milli parlamentlərində (Niderland, Almaniya) yer qazanmış və ya son seçkilərdə minimum seçici sayı əldə etmiş (Norveç) qeydiyyatlı siyasi partiyalar üçün lazımi sənədlərin və partiyanın icraçı rəhbərlərinin imzasını təqdim etmək kifayətdir. Fransa parlament seçkiləri üçün imzaların qəbuluna dair xüsusi tələblər nəzərdə tutmur. Qeyd edilənlərdən əlavə hallarda, milli seçkilərdə namizədin qeydiyyatı üçün Norveçdə 500, Almaniyada 200, Niderlandda 30 etibarlı imza tələb olunur. Bu isə qeyd-şərtsiz onu göstərir ki, parlament partiyalarına digər qruplara nəzərən daha asan huquqi məhdudiyyətlər tətbiq olunur.

Bundan əlavə, Azərbaycan xüsusi olaraq seçicilərə bir neçə namizədi dəstəkləmək üçün imza atmalarına icazə verir və bu, qeydiyyat prosesini daha asan edir. Niderland seçici imza atdığı zaman onların dövlət hakimiyyəti qarışında fiziki iştiraklarını tələb edir. Almaniya isə seçicilərə, eyni zamanda, dəstək imzalarını geri götürmək imkanı verir və onların əksəriyyəti bu müddəa ilə hərəkət edirsə, namizədlik ləğv edilir, o cümlədən namizədlərdən partiya tərəfindən daxili seçki prosesində namizədliklərinin irəli sürülməsi tələb olunur.

Azərbaycan, Almaniya və Norveçdə namizədlərin qeydiyyata üçün heç bir maliyyə məhdudiyyəti tətbiq edilmir. Niderlandda isə parlamentdə təmsil olunmayan siyasi partiyalardan mütləq depozit tələb edilir (minimum 11 250 avro miqdarında). Seçki prosesində minimum səs toplanılmadıqda isə bu depozit dövlətə qalır və beləliklə, onların milli səviyyədə seçki prosesində iştirakları ilə bağlı yeni və məhdud müraciət üçün baryer yaradır.

Beləliklə, təhlil edilmiş Qərb demokratiyalarında qüvvədə olan proseslərlə müqayisədə, Azərbaycanda namizədlərin qeydiyyata prosesinin maraqlanan partiyalar (siyasi qruplar yaxud müstəqil namizədlər) üçün mühüm çətinliklər yaratması fikri əsassızdır.

6. ATƏT/DTİHB-nin EQM hesabatında toplaşma azadlığı, birləşmə azadlığı və ifadə azadlığının icrasına qoyulan məhdudiyyətlərin sadələşdirilməməsindən ciddi narahatlıq ifadə edilir.

Təhlil zamanı diqqəti Avropa ölkələrində dinc toplaşma keçirmək hüququ ilə nümayişin digər növlərinin keçirilməsi hüququnun bir-birindən ayırd edilməsinə yönəltdik. Belə bir qənaətə gəldik ki, bu ölkələrdə ümumilikdə ictimai yığıncaqlarla bağlı fundamental qaydalar Azərbaycanda olduğundan fərqli deyil.

Həmçinin qeyd edilməlidir ki, Azərbaycanın nəzərdə tut­duğu hüquqi müddəalar eyni zamanda qanunsuz toplantıların iştirakçıları ilə təşkilatçılar arasında aydın və nəzərə çarpan fərq qoyur. Belə ki, bütün Qərb dövlətlərində olduğu kimi, təşkilatçılar hər hansı qanunsuz davranışa görə daha çox məsuliyyət daşımalıdır. Buna görə də istənilən mülahizə iddialarla deyil, xüsusi nümunələrlə əsaslanmalıdır. İctimai yığıncaqlar üçün hüquq müddəalarına məsul rəsmilər tərəfindən məhəl qoyulmaması, adı çəkilən yığıncaq və nümayişlərin təşkilatçıları, müvəffəqiyyətli şəkildə və ya əksinə, bu məsələni məhkəməyə çıxarması nümunələrə misal ola bilər.

Belə nümunələr olmadığı halda və qərb dövlətləri ilə müqayisədə Azərbaycandakı toplaşma azadlığı ilə bağlı fundamental hüquq müddəalarının onların qaydalarına heç bir əngəl törətməməsini nəzərə alaraq, bununla bağlı yalnız belə nəticəyə gələ bilərik: EQM hesabatı qanuni faktlar yaxud potensial hüquq pozuntuları və ya yanlış tənzimləmələrin həll edilməsi qeyd olunan konkret faktlar əsasında deyil, maraqlı tərəflər olan bəzi radikal müxalif partiyaların ifadə etdiyi fikirlər əsasında hazırlanıb.

7. ATƏT/DTİHB-nin EQM hesabatında QHT-lərin seçki monitorinqi narahatçılıq ifadə edilən məsələlərdən biri kimi göstərilir. Və bildirilir ki, bir sıra vətəndaş cəmiyyəti təşkilatları seçkiləri müşahidə etmək niyyətlərini bəyan etsələr də, çoxları qeyd etdi ki, maliyyə resurslarının çatışmazlığı, çox güman ki, onların fəaliyyətini məhdudlaşdıracaq.

Araşdırmalar göstərir ki, Azərbaycan, Niderland və Norveçdə xüsusilə milli və beynəlxalq müşahidəçilərin qeydiyyatdan keçərək seçki zamanı seçki məntəqələrində iştiraklarına və səsverməni müşahidə etmələrinə icazə verilir. Norveçdə isə həm milli, həm də beynəlxalq müşahidəçilərin qeydiyyatdan keçmələri tələb olunur. Fransa və Almaniyada isə əsasən monitorinqin aparılmasına icazə verilsə də, bununla bağlı xüsusi hüquqi müddəa və ya müvafiq nizamnamə yoxdur.

DTIHB-nin EQM hesabatmda səsləndirdiyi narahatlıqlar Azərbaycanda icra edilən seçki monitorinqi qaydaları təhlil edilmiş qərb ölkələri ilə birbaşa eynilik təşkil edir. Azərbaycan Respublikasının bu məqsədlə qəbul etdiyi qanunun əhatəli və liberal təbiətini, eləcə də bütün maraqlı partiyalar və seçicilər tərəfindən aparılan çarpaz monitorinqə icazə verilməsi deyil, sadələşdirilməsi faktını nəzərə alaraq, istəkli müşahidəçilərin və seçicilərin seçki prosesinə nəzarət etmək imkanları ilə bağlı narahatlıqlar əsassızdır və süni şəkildə şişirdilib.

8. Nəhayət, ATƏT/DTİHB-nin EQM hesabatında ifadə edilən sonuncu narahatlıq diffamasiya qaydaları və mətbuat ilə bağlı olub. Hesabatda vurğulanır ki, ifadə, media azadlığı və informasiya əldə etmək hüququ azadlığı Konstitusiya ilə təmin edilsə də, diffamasiya iki ilə qədər həbs cəzası olan cinayət əməli olaraq qalmaqdadır.

Qeyd edilməlidir ki, Azərbaycan qanunvericiliyində diffamasiya adətən ən müzakirə edilən məsələlərdən biri olaraq qalır. Lakin müqayisəli təhlil göstərir ki, Azərbaycan qanunvericiliyində diffamasiya müddəaları Niderland, Fransa, Norveç və Almaniya qanunlarından tamamilə fərqli deyil və bəzi qərb ölkələrində cinayət əməli üçün tətbiq edilə biləcək cəzalar baxımından daha mülayimdir.

Misal üçün göstərmək olar ki, Almaniyada insan ləyaqəti təhqirdən Cinayət Məcəlləsinin müddəaları ilə qorunaraq iki ilədək həbslə, diffamasiya iki ilədək həbslə və qəzet məqaləsi də daxil olmaqla yazılı material vasitəsilə açıq-aşkar edilən pisniyyətli böhtan isə beş ilədək həbslə cəzalandırılır. Alternativ olaraq yuxarıda qeyd edilən pozuntular nəzəri baxımdan minimum 5 avrodan başlayan və 10,8 milyon avroya qədər ça­tan cərimələrlə cəzalandırıla bilər.

Niderlandda böhtan maksimum altı ayadək həbs və ya 8100 avro məbləğində cərimə ilə, şər atma bir ilədək həbs və ya 8100 avro məbləğində cərimə ilə, qəsdən böhtan və ya şər atma iki ilədək həbs və ya 20250 avroyadək cərimə ilə, təhqir isə üç ayadək həbs və ya 4050 avro məbləğində cərimə ilə cəzalandırılır.

Norveçdə bir şəxsə qarşı törədilmiş sadə diffamasiya cinayət əməlidir və üç ilədək həbslə cəzalandırılır. Fransada diffamasiya cinayət əməli hesab edilir və 12 000 avroyadək cərimə ilə cəzalandırılır.

Göstərilən misallardan aydmdır ki, təhlil edilmiş ölkələrin hamısında təhqir və diffamasiya cinayət əməlləridir və bu məsələ ilə bağlı ən liberal qanunlar Fransadadır. Ən sərt cəza isə Almaniyada, xüsusilə məsələyə ictimai xadimlər və ya dövlət rəmzləri daxil olduğu halda tətbiq edilir ki, bu da maksimum beş ilədək həbs cəzası təşkil edir. Alternativ cərimə cəzalarına gəldikdə isə Azərbaycanda bu cərimələrin maksimum miqdarı kiçik məbləğ təşkil etdiyi halda, Almaniyada bu göstərici ən yüksək olaraq nəzəri cəhətdən maksimum 10,8 milyon avro təşkil edə bilər.

Beləliklə, Avropa ölkələrində diffamasiya qaydaları qalmaqdadır və bu qaydalar onlarla müqayisədə Azərbaycanda daha mülayimdir. Lakin o da aydındır ki, ATƏT/DTİHB-nin EQM hesabatı cinayət diffamasiya müddəalarının ləğv edilməsini tövsiyə etdiyi halda, Avropa İtifaqma üzv ölkələr üzrə EQM hesabatlarında belə tövsiyələr yer almır. Bu isə ATƏT/DTİHB-nin EQM hesabatında neytrallıq prinsipinin qorunub saxlanılmasını şübhə altına alır və açıq şəkildə qərəzli mövqe nümayiş etdirildiyini bildirir.

Azərbaycan, Niderland, Norveç, Almaniya və Fransada seçkilər zamanı namizədlərin mediaya çıxışının təmin edilməsi ilə bağlı müqayisəli təhlil göstərir ki, Niderland, Almaniya, Fransa və Azərbaycan seçki kampaniyasının iştirakçılarına ödənişsiz efir vaxtı təqdim edir. Almaniyada efir vaxtı cari parlamentdə təmsil edilmə nisbətinə əsasən ayrılır, bununla da, böyük partiyalar, dolayısıyla isə hakim partiya xeyrinə addım atılır. Azərbaycan, Fransa və Niderlandda isə efir vaxtı lotereya üsulu ilə müəyyən edilərək bərabər əsaslarda ayrılır. Azərbaycanda kiçik partiyaların ictimaiyyətə daha yaxşı çıxışını təmin etmək üçün məcburi minimum qanunla müəyyən edilir, Niderland isə bu məsələ üzrə səlahiyyətləri Media Təşkilatına verir.

Beləliklə, namizədlərin mediaya bərabər çıxışı ilə bağlı təmin etdiyi müddəalar Qərb ölkələri tərəfindən təmin edilən cari prosedurlarla bir sırada durur. Yuxarıda edilmiş təhlili nəzərə alaraq belə nəticəyə gələ bilərik ki, media çıxışıyla bağlı qeyd edilən narahatlıqlar əsassızdır. Belə ki, Azərbaycan tərəfindən təmin edilən müddəalar Qərb ölkələrinin müvafiq müddəaları ilə eynidir.

Bildirmək istərdim ki, ATƏT/DTİHB-nin Azərbaycan üzrə EQM hesabaünda müzakirə edilən və bir sıra hallarda tənqid edilən qanunlar göstərilən ölkələrdə mövcud olan analoji qanunlarla, demək olar ki, eynidir. Bundan əlavə, hesabatda göstərilən təndiqlərin konkret faktlara deyil, maraqlı tərəflərin iddialarına və mülahizələrinə əsaslanması, mövcud olmayan və mümkün ola bilən potensial təzyiqlərə istinad edilməsi neytrallığın pozulmasından və qeyri-obyektivlikdən xəbər verir. Bəzi məsələlərlə bağlı (misal üçün, diffamasiya qaydaları) əksər Aİ ölkələrində qanunvericilik Azərbaycanla müqayisədə daha sərtdir. Bu məsələlər Azərbaycan üzrə EQM hesabaünda tənqidi formada göstərilir, amma Aİ ölkələri üzrə hesabatlarda göstərilmir. Bu, ATƏT/DTİHB tərəfindən Azərbaycana qarşı ikili standarüarın və qərəzli yaxınlaşmanın tədbiq edilməsini sübuta yetirir.

3.4. AŞPA missiyası 2015-ci il parlament seçkilərində yeganə rəsmi Avropa müşahidə missiyası kimi

Həmin vaxt AŞPA-da da kifayət qədər güclü mövqeyə malik olan anti-Azərbaycan qüvvələr mövcud idi. Bu qüvvələr hər vəchlə AŞPA-nın Azərbaycanda 2015-ci il parlament seçkilərini müşahidə etməsinin qarşısını almağa çalışırdılar.

Digər tərəfdən, Avropa Parlamenti, ATƏT PA və ATƏT/ DTİHB Azərbaycanda 1 noyabr 2015-ci il parlament seçkilərini müşahidə etməkdən imtina etməklə kifayətlənmədilər. Bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etməyə başladılar. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaq idi.

Eyni zamanda, 2013-cü ildə Azərbaycanda keçirilmiş Prezident seçkilərinin nəticələrinə dair verdikləri müsbət qiymətləndirmənin reallıq olduğunu, Azərbaycanın demokratiya yolunda inamla addımladığını həm Avropa Parlamenti, həm AŞPA, həm də ATƏT PA çox gözəl anlayırdı. Onlar sadəcə bu reallığı növbəti dəfə görmək və dünyaya bəyan etmək, Azərbaycanda demokratik, şəffaf və azad seçkilərin şahidi olmaq istəmirdilər. Bu səbəbdən təcrid və siyasi təzyiq vasitəsilə Azərbaycanı şantaj etməyə çalışırdılar.

AŞPA bu təzyiqlər altında Azərbaycana 1 noyabr 2015-ci il parlament seçkilərinə müşahidə missiyası göndərilməsi ilə bağlı verdiyi qərarına 3 dəfə hörmətsizlik etdi. Bu barədə AŞPA Bürosunda qəbul edilmiş və sessiyada təsdiq edilmiş qərar təkrar-təkrar, yenidən Büronun müzakirəsinə göndərilirdi.

Belə ki, AŞPA-nın iyun sessiyası zamanı Azərbaycanda 2015- ci ildə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün seçki müşahidə missiyası (SMM) göndərmək barədə qərar qəbul edilmişdi. Seçki müşahidə missiyasının tərkibi 30 nəfər AŞPA üzvü və 2 nəfər həmməruzəçi olmaqla 32 nəfər müəyyən edilmişdi. Liberallar qrupunun rəhbəri, Cordi Çukla AŞPA seçki müşahidə missiyasının rəhbəri təyin edilmişdi.

Hətta iyun ayında Assambleyanın plenar iclası Monitorinq Komitəsinin “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzəsində digər Avropa qurumlarının Azərbaycana SMM göndərmələrinin ləğv edə biləcəyinin mümkünlüyünü müzakirə etmişdi. Assambleya səsvermə yolu ilə qərar qəbul etmişdi ki, digər Avropa qurumları Azərbaycana SMM göndərməyi ləğv edəcəyi halda, AŞPA öz missiyasını artırmalıdır. Assambleya eyni zamanda ATƏT/DTİHB SMM göndərməyəcəyi təqdirdə, AŞPA-da SMM göndərilməsinə yenidən baxılması barədə təklifi rədd etmişdi. Odur ki, Assambleyanın verdiyi son qərarın əksinə addım atılması, bu qərarın ləğv edilməsinin təklif edilməsi çox pis siyasi təcrübə idi. Bu, Assambleyaya, bütövlükdə Avropa Şurasına hörmətsizlik idi.

Digər tərəfdən, AŞPA-nın yeganə Qərb təsisatı kimi seçkiləri müşahidə etmək praktikası var idi. Belə ki, Rusiya Federasiyasında 2 mart 2008-ci ildə keçirilən prezident seçkilərinə ATƏT/DTİHB, ATƏT PA və Avropa Parlamenti müşahidə missiyası göndərməmişdi. AŞPA müşahidə missiyası bu seçkiləri müşahidə edən yeganə rəsmi Qərb seçki müşahidə missiyası idi və AŞPA SMM-nə İsveçrədən Andreas Qross (SOC) rəhbərlik etmişdi.

Qeyd edilənlərə baxmayaraq, AŞPA prezidenti Ann Brassör və Baş Katib Savitski iyun sessiyasında müşahidə missiyasının formalaşdırılmasına dair protokolda ATƏT/DTİHB dəvət edilməyəcəyi təqdirdə” qeydini etmişdilər. Bu qeyd 31 avqust tarixində Sədarət Komitəsinin və Büronun iclaslarında bu məsələyə yenidən baxılmasının nəzərdən keçirilməsi barədə idi. Ann Brassör və Savitski hər dəfə anti-Azərbaycan qüvvələrin dəstəyi ilə Azərbaycanda 2015-ci il parlament seçkilərinin müşahidə edilməsi məsələsini müxtəlif bəhanələrlə yenidən müzakirələrə çıxarıb, əvvəlcədən qəbul edilmiş qərarın ləğv edilməsinə çalışırdılar.

Büronun 31 avqust 2015-ci il tarixli iclasında məsələyə yenidən baxıldı və Büro Azərbaycanda keçiriləcək parlament seçkilərində qurumun seçki müşahidə missiyasının (SMM) tərkibini bir daha təsdiqlədi. Həmin vaxt Azərbaycan hakimiyyəti artıq ATƏT/DTİHB-ni seçkiləri müşahidə üçün dəvət etmişdi. Buna baxmayaraq, Savitski Büronun 31 avqust tarixli iclasının protokolunda növbəti saxtakarlıq etdi. Büronun əvvəlcədən heç bir rəsmi razılığı olmadan və heç bir müzakirələr aparılmadan Savitski tərəfindən Büro iclasının protokolunda “ATƏT/DTİHB-nin dəvət edilməsi fonunda vəziyyəti nəzərdən keçirdi” ifadəsi yazılmışdı və beləliklə də, AŞPA və ATƏT/DTİHB arasında müşahidə missiyasının göndərilməsi məsələsində asılılığın olması üçün zəmin yaratmaq istəmişdi.

Qeyd etməliyəm ki, AŞPA-da seçkilərin müşahidəsi ətrafında aparılan təkrar “müzakirələr” Azərbaycana qarşı ayrı-seçkiliyin aşkar göstəricisi və ikili standart siyasətinin təzahürü idi. Belə ki, AŞPA-nın seçkiləri müşahidə ilə bağlı Azərbaycan qarşısında öhdəçiliyi var idi. Bundan əlavə, Azərbaycan AŞPA-nın monitorinqi altında olan üzv ölkədir. Prosedur Qaydalarına əsasən, monitorinq altında olan üzv ölkələrdə seçkilərin müşahidəsinin aparılması zəruridir. AŞPA-nın Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməsi tək Azərbaycan üçün deyil, eyni zamanda AŞPA-nın özü üçün çox önəm daşıyırdı.

Belə ki, bu, AŞPA-nın üzv dövlətlə yaxşı, qarşılıqlı anlayış əsasında əlaqələr qurmasını sübut edəcəkdi. Bu, eyni zamanda sübut edəcəkdi ki, AŞPA Azərbaycanla təşkilati səviyyədə açıq, konstruktiv dialoq aparılmasının həqiqi dəstəkçisidir.

Lakin Avropa qurumlarında anti-Azərbaycan kampaniyasının genişlənməsinə baxmayaraq, AŞPA seçkiqabağı missiyası 21-22 sentyabr tarixlərində Azərbaycanda səfərdə oldu. Missiya parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalar, insan hüquqları müdafiəçiləri, QHT-lər, vətəndaş cəmiyyəti fəalları və KİV nümayəndələri ilə bir sıra görüşlər keçirdi.

Bundan sonra da AŞPA-da Azərbaycanın düşmənləri AŞPA- da SMM barədə qərarı yenidən nəzərdən keçirmək və onu ləğv etmək üçün istənilən bəhanədən istifadə etmək arzularını gerçəkləşdirmək istəyirdilər. Lakin onların bu məkrli planları baş tutmadı.

Nəticədə, 5 fraksiyanı təmsil edən 32 üzvdən ibarət AŞPA müşahidə missiyası 1 noyabr 2015-ci il parlament seçkilərini müşahidə etdi və qəbul etdiyi bəyanatla aşağıdakı qiymətləndirməni verdi:

“Seçkilər demokratik seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni təmin edən Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun şəkildə keçirildi.

Seçki günü bütün ölkə üzrə sakit və dinc şəraitdə keçdi. Səsvermə prosesinin adekvat və beynəlxalq standartlara müvafiq olduğu müşahidə edildi.

Müşahidə missiyası bu seçki prosesinin dinc və sakit keçməsi ilə bağlı Azərbaycan xalqını təbrik edir.

Seçkilərə hazırlıq və səsvermə prosesləri peşəkar və texniki baxımdan yaxşı səviyyədə təşkil olunmuşdur.

Seçki günü Missiya Seçki Məcəlləsinin hər hansı mühüm yaxud sistemli pozulması hallarını qeydə almamışdır.

Missiya müşahidələrini ümumiləşdirərək bildirir ki, 1 noyabr parlament seçkilərində müəyyən çatışmazlıqların qeydə alınmasına baxmayaraq, seçici fəallığının mühüm dərəcədə artması, səsvermə və səslərin sayılması vaxtı şəffaflıq Azərbaycan Respublikasının azad, ədalətli və demokratik seçki istiqamətində atdığı növbəti addımların göstəricisidir və bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir”.

AŞPA-nın bu qiymətləndirməsi 1 noyabr seçkilərini boykot edən Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB-nin iç üzünü açdı və onların məkrli niyyətlərini ifşa etmiş oldu.

Qeyd etməliyəm ki, AŞPA Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə keçirilən 26 sentyabr 2016-cı il tarixli referenduma rəsmi müşahidə missiyası göndərən yeganə Avropa parlament qurumu oldu.

Referendumu müşahidə etmək məqsədilə AŞPA-nın rəsmi nümayəndə heyətinin göndərilməsi barədə qərar Sədarət Komitəsinin və Büronun sentyabrın əvvəlində keçirilən iclaslarında qəbul edilmişdi. AŞPA müşahidə missiyasının Monitorinq Komitəsinin həmməruzəçilərindən və 5 siyasi fraksiyanın hər birinin 1 üzvündən ibarət olmaqla təşkil edilməsi barədə razılıq əldə edilmişdi. AŞPA Bürosunun qərarı ilə nümayəndə heyətinin formalaşdırılması AŞPA Prezidenti Pedro Aqramunta həvalə olunmuşdu. O, siyasi fraksiyaların sədrləri ilə razılaşdırdıqdan sonra 15 sentyabrda rəsmi müşahidə missiyasını 7 nəfərdən ibarət tərkibdə formalaşdırmışdı.

AŞPA missiyası referendumun ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilməsi, qanuni və legitim olması qənaətinə gəlmişdi. AŞPA missiyasının bəyanatında vurğulanırdı ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsinə dair referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir, demokra­tik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib.