Sabirabadın Muğangəncəli kənd sakini, 1977-ci il təvəllüdlü Abıyev Elnur həmkəndlisi, 1982-ci il təvəllüdlü Tariyel İmanovun evinə gələrək ondan 100 qram narkotik vasitə olan qurudulmuş marixuananı 600 manata alıb. Sonra isə Tariyel İmanov polisə zəng edib və deyib ki, evindən narkotik oğurlanıb. (APA TV)
Ağcabədi şəhərindəki “Cavid” şadlıq sarayında şadyanalıqla izlənilən (ifadə mərasim iştirakçılarından birinə məxsusdur) toy mərasimi başa çatdıqdan sonra gəlin şadlıq evindən bəy evinə gətirilib. Elə bu zaman gəlinin anası və digər qohumları otağa hücum edib. Gəlin bəy otağından çıxmaq istəməsə də, valideynlərinin təzyiqi ilə otağı tərk edib.
Növbəti gün gəlin bildirib ki, ərə getdiyi oğlanı yox, dayısı oğlunu sevirmiş. (publika.az)