HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

300 söz

Neoqarğışlar

Fuad-Babayev-2

Dünya fırlanır. Və dəyişir. Durmadan fırlanan və təqribən həmin sürətlə də dəyişən dünyada həmişə yeniliklərə ehtiyac duyulur. Heç olmasa sözdə. Odur ki, mənim dövriyyəyə yeni qarğışlar, bəli, bəli, qarğışlar buraxmaq istəyimi sadəcə olaraq zəmanə ilə ayaqlaşmaq cəhdi kimi dəyərləndirmənizi xahiş edirəm.

Manhettenə doğru, irəli?!

Fuad Babayev 2

Gecə saat 2-dir.

Həyətdəki “Təzə ət”  köşkünün yaxınlığındakı dirəyə pərçim edilmiş dana çox güman ki, sübh tezdən edam ediləcəyini bildiyindən xarakterik səslər çıxarır. Bu səslər  məhəllənin unikal akustik imkanları sayəsində “Yura dövrü parkı”ndakı dinozavrların çıxardığı səsləri xatırladır. Əlbəttə ki, səsi çıxardanın dana olduğunu hamı yaxşı bildiyindən heç kim əndişələnmir…

Potensial poliqlotlar ölkəsi

Fuad Babayev 2

1999-cu ildə dəyərli yazar Azər Həsrətin sayəsində və elə onunla birlikdə İspaniyaya getmişdik.  Repdən və həm də meyxanadan çox uzaq olan Xose adlı,  Orteqa-i-Qasset soyadlı  ispan filosofun adını daşıyan fondun tədbirində iştirak edirdik.  İspaniyaya ilk və çox güman ki, həm də son səfərimdən yadımda qalan məqamlardan biri haqqında danışacağam.

“Dərsanə” nağılları

Fuad-Babayev-2

Dünən işdən qayıdanda mənzilimizin qapısının dəstəyindən kiçik bir reklam vərəqəsinin asıldığını gördüm.  Vərəqədə  yazılanların içində maraqlı məqamlarla bağlı sizləri də məlumatlandırmaq istəyirəm.

NƏ FUKUYAMA HAQLI ÇIXDI, NƏ DƏ HANTİNQTON?!

Fuad Babayev 2Az qala 24 il bundan əvvəl, 1989-cu ilin yayında ABŞ-ın nüfuzlu National Interest jurnalında Fukuyama soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra müəllifin çox böyük qonorar müqabilində məqalənin davamı sayıla biləcək kitab üzərində işləməyə razılıq verdiyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə  “Tarixin sonu və sonuncu insan” kitabı çıxdı. Bu gün bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçısı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə ömrünün beşinci onilliynə qədəm qoyub.

Əvvəlcə digital-first, sonra da digital-only

Fuad-Babayev-2

Neftçilər prospektindəki böyük kitab mağazası yadınızdadır? Gərək ki, adı “Dalğa” idi. Qız qalasının lap yanında idi və kitab mağazasından daha çox muzeyə bənzəyirdi…  Metronun “Neftçilər” stansiyası yaxınlığında da kitab mağazası vardı. Çox böyük idi. Və həmişə də içərisində çoxlu müştəri olurdu.