Bülbülün ev muzeyinin Şuşa filialı
1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı idi. Kiçik həyəti, iki otaqlı və eyvandan ibarət idi. Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır. Burada Bülbülün uşaqlıq illərindən bəhs edən şəkillər saxlanılırdı. Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Divarda Bülbülün 1925-1926-cı illərdəki konsert afişaları asılmışdı. Müğənninin ailəsi ilə və tək çəkdirdiyi şəkillər, 1914-cü ildə Gəncədə ona verilmiş pasport birinci otaqda sərgilənirdi. Bülbül 1921-ci ildə konservatoriyaya daxil olur. O,vokal uzrə təhsil alan ilk azərbaycanlı tələbə idi. Muzeydə tələbə Bülbülün kitabçası qoyulmuşdur.










        
        
        


	    





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
