Qarabağ muzeyləri
Zəngilan rayon Tarix-Diyarşünaslıq Muzeyi rəsmən 1980-ci ildə fəaliyyətə başlayıb. Muzey rayonun mərkəzində, “Oktyabr” küçəsində yerləşirdi. Həmin illərdə muzey eksponatlarından ibarət buklet də hazırlanıb.
Azərbaycan KP MK Bürosunun 4 yanvar 1980-ci tarixli “Zəhmətkeşlərin kommnust tərbiyəsində muzey işi haqqında” qərarının icrası ilə əlaqədar Zəngilan rayonunda Tarix- Diyarşünaslıq Muzeyinin yaradılmasına start verildi. Bununla bağlı həmin dövrdə Zəngilan rayonunda nəşr olunan “Kənd həyatı” qəzetinin 12 may 1980-cı il tarixli sayında dərc edilən məqalədə qeyd olunurdu ki, “rayonda muzeyin açılması üçün geniş hazırlıq işləri həyata keçirilir. Muzey şəhərin görkəmli yerində, əvvəllər mərkəzi kitabxananın yerləşdiyi binada yaradılacaqdır…” Qəzet yazırdı ki, binada əsaslı təmir işləri görülüb və paralel olaraq eksponatların toplanışına start verilib.
Xatırladaq ki, həmin dövrdə bütün muzeylər standart olaraq üç əsas bölmədə fəaliyyət göstərirdi.
Birinci bölmə rayonun təbii sərvətlərini, flora və faunasını, ikinci bölmə qədim zamanlardan 1920-ci ilədək olan dövrü əhatə edirdi. Üçüncü bölmə isə Sovet hakimiyyəti illərində rayonda aparılan abadlıq-quruculuq işlərinə həsr olunurdu.
Muzeyin ilk direktoru Alməmməd Kərimov olub. 1987-1993-cü illər ərzində Dilarə İsmayılova, 1993-2005-ci illərdə isə Natiq Rzayev muzeyin direktoru vəzifəsində çalışıblar. 2005-2012-ci illər ərzində muzeyin fəaliyyəti dayandırıb. Muzey 2013-cü ildən etibarən Abşeron rayonu Masazır qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikdə fəaliyyətini bərpa edib. 2013-cü ildən muzeyin direktoru vəzifəsinə Göyçək Rəhimova təyin edilib.
Vüqar Tofiqli
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











