Zəngilan rayonunda yerləşən Daş Heykəllər Muzeyi 1989-cü ildə fəaliyyətə başlayıb. Muzeyin yaranma ideyası o dövrdə Zəngilan Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mədəniyyət Şöbəsinin müdiri işləmiş Camal Sultanovun təklifi ilə həyata keçirilib. Şəhərin mərkəzindən yeddi kilometr aralıda yerləşən muzey fəaliyyətə başlayandan bir il sonra ayrıca subyekt kimi rəsmiləşdirilmiş və muzeyə üç ştat vahidi verilmişdir.

Hələ Mir Möhsün Nəvvabın adını daşıyan muzeyin yaranmamışdan 9 il öncə – “Şuşa” qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M.M. Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif movzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra görkəmli şairin ev muzeyinə çevriləcəkdir.
Bala Bəhmənli Kənd Tarix-diyarşünaslıq muzeyi 2003-cü ildə Bala Bəhmənli kənd sakini Əsədov Elçin İbadulla oğlu tərəfindən yaradılıb. Muzey 2006-cı ilə qədər Elçin Əsədovun şəxsi muzeyi kimi fəaliyyət göstərib. Muzeydə 1000-ə yaxın tarixi eksponat sərgilənir. Eksponatların 90 %-i Elçin Əsədov, 10 %-i isə yerli əhali tərəfindən toplanmışdır.