Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Kəlbəcər rayon tarix-diyarşünasliq muzeyi 1979-cu ildə Kəlbəcər şəhəri, Molla Vəli Vidadi küçəsində yerləşən gözəl daş mozaika ilə bəzədilmiş ayrıca binada fəaliyyətə başlamışdı. Həyəti 900 kv.metr olan muzeyin binası bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan ibarət idi. 30 mindən çox eksponatı оlan fond da muzeydə saxlanılırdı.
Qarabağ muzeyləri
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Azərbaycan ərazilərində və münaqişə zonasında ölkəmizin maddi-mədəni irsinin daşıyıcısı olan 31 muzey fəaliyyətdə olub. Hazırda 103 minlik eksponat fondu Ermənistanın Silahlı Qüvvələrinin nəzarəti altında olan ərazilərdə yerləşir.
Məqsədimiz Qarabağda olan maddi-mədəni irsimiz haqqında məlumatların gənc nəslə çatdırılmaqla yanaşı, beynəxalq təşkilatlara itkilərimiz barədə dürüst informasiyaları çatdırmaqdır. Bu ideya Söz Azadlığını Müdafiə Fondunun (SAMF) Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gercəkləşən layihədə mümkün olub.
Şuşa Şəhər Tarix Muzeyinin yaradılması ideyası 1967-ci ilə təsadüf edir. Həmin dövrdə Şuşa Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Arif Ağakişiyev tərəfindən belə bir muzeyin yaradılması ideyası Mədəniyyət Nazirliyi qarşısında qaldırılır və ideya müsbət qarşılanır. Az müddətdən sonra muzeyin yaradılmasına start verilir. Bu müddət ərzində paralel olaraq əhali arasında elan verilir və sakinlərdən könüllü şəkildə qədim əşyalar toplanılır.