HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb

Mayın 29-u saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb.

Dövlət Komissiyası: Xocalıda kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə sayca 25-ci kütləvi məzarlıq aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.