
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çinin Tiencin şəhərində “China National Chemical Engineering” (CNCEC) şirkətinin sədri Mo Dinqqı ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycanla şirkət arasında neft-kimya sənayesi, neft emalı fəaliyyəti və neft-kimya məhsullarının istehsalı sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
“China National Chemical Engineering” şirkətinin sədri Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu qeyd etdi.
Sonda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanmış Çərçivə Sazişinin dövlətimizin başçısının və şirkətin sədrinin iştirakı ilə mübadiləsi oldu. Sənəd Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını nəzərdə tutur.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











