HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xarici media

Stokholmda Xocalıya həsr edilən film və kitab təqdimatı dünya mediasının diqqət mərkəzində

Justice for khojali

Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” (“Endless Corridor”) müstəqil sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.

“Jewish Journal” qəzeti: “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən”

14561228922232341105_1000x669

ABŞ-ın Los-Ancelesdə nəşr olunan ən böyük yəhudi qəzetlərindən biri “Jewish Journal”da Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayevin “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə N.Ağayev Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qətliamı adlandırdığını bildirərək qeyd edir ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər.

Uydurma “soyqırımı” iddiaları Ermənistanın Azərbaycan torpaqlarının işğalını və Xocalı soyqırımını ictimai diskussiyadan sıxışdırıb çıxarmaq üçündür

Soyqirim manset

İsveçrənin müstəqil www.infosperber.ch internet portalında 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı “Ermənistan: kütləvi deportasiya soyqırımı idi?” başlıqlı məqalə dərc olunub. Tarixçi alim Hakkı Keskinin qələmə aldığı məqalədə saxta erməni iddiaları, bu iddiaları əsassız sayan Doğu Pərincək və İsveçrə dövləti arasında məhkəmə çəkişməsi, Avropa İnsan Haqları Məhkəməsinin yaxın günlərdə gözlənilən qərarı ilə əlaqədar “erməni soyqırımı“ mövzusuna elmi mənbələr əsasında qiymət verilib.

Amerikalı siyasi icmalçı Raul Kontreras Xocalı qırğını haqqında: “Bu faciəyə yalnız bir ad vermək olar – soyqırımı”

The Hill

“The Hill” qəzetində amerikalı siyasi icmalçı Raul Kontrerasın “Böyük Yaxın Şərqdə başqa müttəfiq axtarışında” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə ABŞ-ın müasir xarici siyasətində qarşılaşdığı çətinliklər, mürəkkəb beynəlxalq problemlərin həllində Vaşinqtonun Yaxın Şərqdəki tərəfdaşları ilə qarşılıqlı münasibətləri və Birləşmiş Ştatların bu regiondakı etibarlı müttəfiqləri ilə yaxınlaşmasının zəruriliyi haqda söhbət gedir.