HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

Atəş xəttindəkilər (Fotoqalereya)

Fotoqraf Famil Mahmudbəyli 1979-cu ildə Bakı şəhərində anadan olub.  Yeniyetməlik dövrü müharibə illərinə təsadüf etdiyindən 1992-ci ildə 13 yaşında cəbhəyə üz tutub.

Həyata keçməyən arzular

FOTOQRAF: ED KAŞİ
expert-kashiNyu-Yorkda yaşayan Ed Kaşi dünyanın məşhur fotojurnalistlərindən biridir. , “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbuat orqanlarında işləyib. “VII Photo” təşkilatının həmtəsisçisi olan Ed Kaşi münaqişə və aclıq bölgələrində çəkdiyi fotolarla məşhurdur. 2013-cü ildə Azərbaycanda olan fotojurnalist “Həyata keçməyən arzular” layihəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarını  tərk etmək məcburiyyətində qalan  və 20 ildir köçkün həyatı  yaşayan insanların gündəlik həyatından bəhs edən sənədli fotoşəkillərini nümayiş etdirib.

Elnur Babayev – Vaqonlardakı həyat (Fotoqalereya)

fotoqraf Elnur Babayev

Elnur Babayev 1962-ci ildə Bakıda anadan olub. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildən etibarən xarici jurnallar üçün fotolar çəkib. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 1995-ci ildə UNİCEF-in, o cümlədən World Press Photo və Mother Jones foto müsabiqələrinin qalibi olub. ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Tunisdə, Finlandiyada, Rusiyada keçirilən fərdi və qrup sərgilərində fotoları nümayiş olunub. Elnur Babayevin çəkdiyi fotoların bir qismi dövlət muzeylərində, şəxsi kolleksiyalarda o cümlədən Vyanadakı “Niederosterreich Landers Museum”da, Parisdəki Fransanın Mədəniyyət Nazirliyinin qalereyasında, Moskvadakı Muasir İncəsənət Muzeyində saxlanılır.