HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

multİmedİa

Həyata keçməyən arzular

FOTOQRAF: ED KAŞİ
expert-kashiNyu-Yorkda yaşayan Ed Kaşi dünyanın məşhur fotojurnalistlərindən biridir. , “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbuat orqanlarında işləyib. “VII Photo” təşkilatının həmtəsisçisi olan Ed Kaşi münaqişə və aclıq bölgələrində çəkdiyi fotolarla məşhurdur. 2013-cü ildə Azərbaycanda olan fotojurnalist “Həyata keçməyən arzular” layihəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarını  tərk etmək məcburiyyətində qalan  və 20 ildir köçkün həyatı  yaşayan insanların gündəlik həyatından bəhs edən sənədli fotoşəkillərini nümayiş etdirib.

Elnur Babayev – Vaqonlardakı həyat (Fotoqalereya)

fotoqraf Elnur Babayev

Elnur Babayev 1962-ci ildə Bakıda anadan olub. 1981-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildən etibarən xarici jurnallar üçün fotolar çəkib. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. 1995-ci ildə UNİCEF-in, o cümlədən World Press Photo və Mother Jones foto müsabiqələrinin qalibi olub. ABŞ-da, Fransada, Böyük Britaniyada, Almaniyada, Avstriyada, Tunisdə, Finlandiyada, Rusiyada keçirilən fərdi və qrup sərgilərində fotoları nümayiş olunub. Elnur Babayevin çəkdiyi fotoların bir qismi dövlət muzeylərində, şəxsi kolleksiyalarda o cümlədən Vyanadakı “Niederosterreich Landers Museum”da, Parisdəki Fransanın Mədəniyyət Nazirliyinin qalereyasında, Moskvadakı Muasir İncəsənət Muzeyində saxlanılır.

Oleq Litvin – Erməni təcavüzündən əziyyət çəkənlər

oleg_litvinFOTOQRAF: OLEQ LİTVİN

Oleq Litvin 1936-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1973-cü ildən 1990-cı ilədək ТАСС – Sovet İttifaqı Teleqraf Agentliyində fotoreportyor işləyib. Daha sonra GAMMA, Reuters, AP kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib.“Humay” mükafatının laureatıdır. Azərbaycan Fotoqrafiya sənətində xidmətləri olmuş, Azərbaycan fotojurnalistikasında öz dəsti xətti ilə seçilən qocaman fotoqrafımız Oleq Litvin  2017-ci il iyul ayının 6-da 81 yaşında vəfat etmişdir.

Kədər

FOTOQRAF: VÜQAR İBADOV

Vugar Ibadov(AFB)

Vüqar İbadov 1978-ci ildə Bakı şəhərində anadan olub. Reuters,A PTN, AFP, CİHAN HABER AJANSI informasiya agentlikləriylə uzun müddət əməkdaşlıq edib. SOY production, Samanyolu, Lider tv, TRT Bakı bürosunda, Anadolu Agentliyində işləyib. 2008-ci ildə Türkiyə xəbər operatorları dərnəyinin “İlin xəbər görüntüsü” yarışmasına qatılıb. Azərbaycanda keçirilən Eurovision 2012 mahnı müsabiqəsinin Eurovision işçi qrupunda rəsmi fotoqraf olaraq çalışıb. 2012-ci ildə Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “İlin fotoqrafı” müsabiqəsində “Press fotojurnalisti” mükafatına layiq görülüb. Hal-hazırda Bakı Media Mərkəzinin fotomüxbiridir.