HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ressamlar

Hüseyn Əliyev – Laçın

25n

Azərbaycan xalq rəssamı Hüseyn Əlirza Əliyev 1911-ci ildə Sisiyan rayonunun Comərdli kəndində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927-1932). 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək «Xalq qəzeti»nin («Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib.

Elmira Şahtaxtinskaya

Elmira_xanimElmira Şahtaxtinskaya 25 oktyabr 1930–cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir.

Rəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır.

70–ci illərdə çəkdiyi “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80–ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.

E.Şahtaxtinskaya “Şərəf nişanı” ordeni ilə təltif edilmiş, 1963–cü ildə əməkdar incəsənət xadimi, 1977–ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.

13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Bəhruz Kəngərli

Behruz Kengerli
Bəhruz Kəngərli (1892-1922)

22 yanvar 1892-ci il – Naxçıvanda ziyalı ailəsində dünyaya gəlib. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri yaratmışdır.
Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (“Yaşlı kişi”, “Gürcü” və s.), mövzu aktuallığına və ideya məzmununa görə bu günün ictimai-siyasi hadisələri ilə səsləşən “Qaçqınlar” silsiləsinə daxil olan portretlər canlılığı, reallığı və psixoloji ifadəliliyi ilə fərqlənir.

Naxçıvan MR Ali Məclisi sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” sərəncamına (2001, 22 may) əsasən, Naxçıvan şəhərində muzeyi yaradılmış, qəbirüstü abidəsi ucaldılmışdır.

Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Mənbə: X.Əsədova. “Bəhruz Kəngərli”. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013,

HACIYEV Fərhad İbrahim oğlu

Ferhad Haciyev1Fərhad Hacıyev (1929, Şamaxı ş. – 1987,Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənənməşhur Novqorod,Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını,Vilnüsdən Çürlyonisin qrafik əsərlərini,Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir. 1957 ildə Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində ilk bərpaçı-rəssam kimi işə başlamışdır. Muzeydə fəaliyyət göstərdiyi çox qısa bir zamanda 100-dən artıq yağlı boya tablolarının bərpa və konservasiyasını həyata keçirmişdir. 17 əsr holland rəssamlarının, 19-20 əsr Azərbaycanın məşhur rəssamlarından B.Kəngərli, Ə.Əzimzadə, M.Nəvvab, M.Abbasov, M.Cavadov və T.Cavadov qardaşları, T.Nərimanbəyov, T.Salahov, M.Abdullayevin, rus rəssamlarından Tropinin,Korovin, Ayvazovski, Borovikoski, Kandinskiy, Şaqal, Vereşagin, Maşkovun, xarici rəssamlardan A.de Şarto, J. Düpre, Y.Stık və başqalarının əsərlərini ustalıqla bərpa etmişdir. Xüsusilə 1959-60 illərdə bərpa və konservasiya əməliyyatlarını icra etdiyi rus rəssamı İ.Brodskinin fırçasına məxsus olan “Hacı Zeynalabdin Tağıyevin” portreti bərpaçı-rəssama böyük uğur gətirmişdir. 1970 ildə YUNESKO-nun nəzdində olan İKOM beynəlxalq cəmiyyətinin üzvü seçilmiş, bir sıra ümumittifaq və beynəlxalq konfranslarda, seminarlarda fəal iştirak etmişdir.

Rəssam: Kərim Cəlal

Kərim Cəlal 1944-cü ildə  Füzuli şəhərində anadan olmuşdur. 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə Ümumrespublika sərgilərinin iştirakçısı olmuşdur. 1978-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.1978-ci ildə Polşada keçirilən beynəlxalq sərgidə iştirak etmişdir. 1980-cı ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə fərdi sərgisi keçirilmişdir.

Onun işləri ABŞ, Almaniya, İran və Hollandiyada özəl kolleksiyalarda yer almışdır. Hal-hazırda, o, molbert üzərində rəssamlıq edir.

Ailə Əsirlikdə. Rəssam: Nazim Məmmədov

nazim_m%c9%99mm%c9%99dov

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub.

1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də “rəssam-multplikator” üzrə bitirmişdir. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasinda “Animator”, 1970-ci ildən isə Rejissor işləmişdir. O, uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. O, filmlərdə,kinooçerk və kinojurnallarda Animator işləmişdir. O, ilk dəfə 1988-ci ildə Respublikada beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır.

Rəssamın Xocalı mövzularını əhatə edən yaradıcılığı on ili əhatə edir. Faciənin baş verdiyi andan ömrünün sonuna qədər Xocalı mövzusu onun sənət yanğısını ifadə edən bir mövzuya keçirildi. Ölümündən iki il əvvəl soyqırımın 10-cu ildönümündə Xocalı faciəsinə həsr et-diyi 40-a yaxın rəngkarlıq və qrafik əsəri bir sərgi şəkilində ictimaiyyətə təqdim etdi bu,onun həyatının ən unudulmaz anları idi.

Bu yolda – görkəmli sənətkar Nazim Məmmədovun “Xocalı harayı” silsiləsi, bədii salnamə ola bilər. Erməni təcavüzünün ağrılı görüntülərini iç yaşantılarına bələyərək yaddaqalan çoxsaylı rəngkarlıq və qrafika əsərləri yaratmağa nail olmuşdur. Rəssam öz fərdi üslubuna sadiq qalaraq özünəməxsus yolla, bədii ifadə vasitələri ilə Xocalı faciəsinin ən müxtəlif məqamları təsirli bədii lövhələrə çevirə bilmişdir. Bu əsərlərin ən başlıca məziyyəti də onların zahiri və ümumi təsirliliyinin ifşaedici və ittihamedici məna-məzmunla yüklənməsidir. Bunun üçün rəssam faciə ilə bağlı ekranda gördükləri və eşitdiklərini, həm də oxuduqlarını ilkin mənbə kimi qəbul etmişdir.

Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib