HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ressamlar

Keçmişdən bu günümüzə

IMG-20150410-WA0003

Rəssam Aygün İlyasova 1994-cü ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət Universitetinin rəssam dizayner fakultəsinin 3-cü kurs tələbəsidir. Müxtəlif beynəlxalq sərgi və müsabiqələrin iştirakçısıdır.

BAX! GÖR! UNUTMA!

BEK_2962

Rəssam: Vaqif Ucatay.

1955-ci il iyun аyının 22-də Аzərbаycаnın Dəvəçi (Şаbrаn) rаyоnundа аnаdаn olub.  1978-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə Sankt-Peterburq şəhərində Repin adına Rəssamlıq Akademiyasını bitirmişdir. 1990-cı illərdən karikatura ilə ciddi məşğul olur. Əsərləri bir sıra kitab və jurnallarda çap olunub. 1993-cü ildən pedaqoq-rəssam kimi fəaliyyət göstərir. 2007-ci ildə fərdi sərgisi açılıb. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.

Rəssam Nadir Bayrışov

Nadir Bayisov

1956-cı ildə Neftçala rayonunda anadan olub. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin Rəngkarlıq fakultəsində, 1978-1983-cü illərdə İncəsənət İnsitutunun  Dekorativ tətbiqi sənət fakültəsində təhsil alıb. 1996-cı ildən Azərbaycan Rəssamlar İttifaqının Rəngkarlıq şöbəsinin üzvüdür. Ümumittifaq və respublika sərgilərində iştirak edib.

Rəsm Qalereyası

nezrin memmedovaRəssam: Nəzrin Məmmədova. 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri 42 saylı orta məktəbi bitirib. Hal hazırda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakultəsinin 2-ci kurs tələbəsidir.