HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ressamlar

Ləman Aslanova

1 Aslanova  Laman

Aslanova Ləman İlqar qızı  1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur

 “Xüsusi istedada malik olan uşaqların potensialının üzə çıxarılması”, “Sualtı aləm-2009”, “Gül bayramı”, “Mən musiqini çəkirəm”, “Bayrağımız qürur mənbəyimizdir”, “Norveç uşaqların gözü ilə”, “Əsrin  Ziyalıları”, “1 iyun – Uşaqların Beynalxalq müdafiəsi Günü”, “İstedadlı Uşaqlar Festivalı -2013”, “İslam Dünyasının Uşaqlar və Urbanizasiya Problemləri”, “Dekorativ tətbiqi sənət”, Holllandiya Krallığının “İncəsənət Müsabiqəsi”, “Azərbaycan Milli Geyimləri Rəssamların gözü İlə”, dahi rus şairi, dramaturqu Mixail Yuryevic Lermontovun anadan olmasının 200 illik yubileyi münasibətilə kecirilmiş Resbuplika müsabiqəsində “Rəsm” nominasiyasında, “Amerika mənim gozlərim ilə”, “Nar” festivalında, Moskvada keirilən «Qış nagılı» sərgisində, “Yurdumuza Bahar gəlir”, “Uşaqlar və müharibə”, “Xocali Soyqırımı” sərgilərində və geyim nümayişlərində  iştirak edən Ləman çox böyük naiyiyyətlər əldə edib.

Onun təhsil aldığı məktəbdə dəfələrlə fərdi rəsm sərgiləri keçirilib. 70-ə yaxın rəsm əsərləri ölkəmizdə, bir çox xarici ölkələrdə nümayiş olunub və diplomlarla mükafatlandırılıb.

Rəssam Mikayıl Abdullayev

 

Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.

Rəssam: Rüstəm Məmmədov

Afişa

Bütün yaradıcılığı boyu həyatda gördüklərini, duyğu və düşüncələrində, təxəyyülündə canlandırdığı mövzuları realizm ənənələrinə sadiq qalaraq rənglərdə ifadə edən istedadlı rəssam Rüstəm Məmmədov, əslində, həm də bununla dünyamızı real-gerçəkçi cizgi və rənglərlə ifadə etmək imkanlarının nəhayətsiz olduğunu nümayiş etdirir. Onun düşündürücü, məna-məzmunla zəngin olan süjetli tabloları (“Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik” və s.),  İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretləri, insanı duyğulandıran mənzərələri ( “Qürub”, “Şamaxıda “Yeddi günbəz” məzarlığı”, “Gün batarkən”, “Tənha ağac”, “Bakı gecələri” və s.), eləcə də müxtəlif təbii sərvət və nemətlərin gözəlliyini əyaniləşdirən natürmortları dediklərimizi təsdiqləyən bədii nümunələrdir. Rəssamın zəngin mənəvi dünyasının və təxəyyülünün  rənglərlə təzahürü, tablolardakı təbiiliyin və səmimiyyətin tamaşaçı baxışlarını ovsunlaya bilməsində müəllifin  zamanın axarında püxtələşən dəst-xəttinin də  rolu böyükdür.

Asif Azərelli

DSCF7327Rəssam Asif Azərelli  1946-cı ildə  Bərdə rayonunun Uğurbəyli kəndində anadan olmuşdur. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə keçmiş SSRİ-nin Rəssamlar İttifaqının mükafatına layiq görülmüşdür. 1980-cı ildə Tbilisidə Rəssamlıq Akademiyasını bitirmişdir.1980-cı ildə SSRİ Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1983–1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olmuşdur. Hazırda Azərbaycan Rəssamlıq Akademiyasında dosent kimi çalışır. Onun işləri Fransa, Almaniya, İran, Ukrayna, Rusiya, Türkiyə və Özbəkistanda keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir.

Maral Rəhmanzadə

maral-rehmanzade

Azərbaycanın Xalq Rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965) Maral Rəhmanzadə 1916-cı il Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) oxumuşdur.

Yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsilələrində (“Azərbaycan qadını keçmişdə və indi”, 1940, “Qadınlar müharibə illərində”, 1942) Azərbaycan qadınlarının həyatı öz əksini tapmışdır. Azərbaycan kəndinin həyatı, doğma təbiətin təsviri onun rəngli linoqravüra silsilələrinin mövzusudur (“Bizim qızlar”, “Mənim bacılarım”, “Doğma vətənim”, “Azərbaycan” və s. (1965-1975)).

Əsərləri Tretyakov qalereyası (Moskva), R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və s. muzeylərdə, ABŞ və İngiltərədə şəxsi kolleksiyalarda saxlanılır.

2008-ci ildə vəfat etmiş və Mərdəkan qəbristanlığında torpağa tapşırılmışdır. M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb. O, Prezidentin fərdi təqaüdçüsü idi.