APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlər üçün keçirdiyi elektron mətbuat konfransı zamanı Fransadan bəzi şəhər merlərinin Dağlıq Qarabağa səfərlərini şərh edərkən deyib. O bildirib ki, Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və ATƏT-in Minsk Qrupunun həmsədri olmaqla, münaqişənin siyasi və diplomatik həlli yolunu tapmağa tamamilə sadiqdir: “Minsk Qrupu çərçivəsində və danışıqlara yeni təkan vermək üçün Fransa prezidenti may ayında Bakıya və İrəvana etdiyi səfəri zamanı öz erməni və azərbaycanlı həmkarlarına münaqişənin həlli yollarını müzakirə etmək üçün bu payız Parisdə bir araya gəlmələrini təklif etmişdi”.

















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









