HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Ağdaban faciəsindən 31 il ötür

Bu gün Ağdaban faciəsindən 31 il ötür. AZƏRTAC faciə ilə bağlı bəzi məqamlara nəzər salır.

1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 -100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.