HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

İlyas Babayev

Fotoqalereya

Arxeoloqun xatirəsi yad edildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda AMEA-nın müxbir-üzvü, mərhum professor İlyas Babayevin xatirə foto-portretinin təqdimatı tədbiri keçirildi.

Sadə insan, səmimi dost, böyük alim

Azərbaycan arxeoloqlarının ağsaqqalı, sadə, səmimi və çalışqan insan olan İlyas Babayev artıq bir ilə yaxındır ki, aramızda yoxdur. Hər zaman böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran bu xoşxasiyyət insanın dostluqda, yoldaşlıqda tayı-bərabəri yox idi. Hər dəfə komanda halında səfərlərdə, elmi ezamiyyətlərdə, xüsusən də arxeoloji qazıntılarda olarkən işin ən ağırını öz üzərinə götürərdi. Səhərlər hamıdan, hətta aspirantlarından da tez durar, növbəti iş gününün bütün hazırlıqlarını özü görərdi.
Qeybətdən, dedi-qodudan çox uzaq insan idi.Geniş diapazonlu mütaliəsi, xüsusən də antik mənbələri orijinaldan oxuyaraq incəliklərinə qədər bilməsi hər kəsdə heyranlıq doğurardı. Bəzən saatlarla antik mənbələr, onların Azərbaycanla bağlı məqamları barədə yorulmadan danışardı.

ilyas-babayev.az saytı fəaliyyətə başlayıb

Görkəmli tarixçi-arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevin (1935-2017) ömür yolundan və elmi fəaliyyətindən bəhs edən ilyas-babayev.az fəaliyyətə başlayıb.

İLYAS MÜƏLLİM – XATİRƏLƏRİMDƏ YAŞAYAN ALİM

40 il əvvəl Universiteti (indiki BDU-nu) bitirib Akademiyanın Tarix institutunda arxeoloqların sırasına qoşuldum. Zaman keçdikcə onların arasında böyüklüyünü daha çox anladığım neçə-neçə alim vardı: Məmmədəli Hüseynov, Cabbar Xəlilov, İdeal Nərimanov, Qara Əhmədov, İlyas Babayev…

 

Tarixçi-arxeoloq-numizmat alim İlyas Babayev

Düz 40 il əvvəl – 1978-ci ilin payızı idi. Ali təhsilimi başa vurub, arxeoloq olmaq arzusu ilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya Sektoruna gəlmişdim. Arxeologiya elminə marağım sonsuz idi. Hələ tələbə ikən, 1976-cı ildən arxeoloq Vəli Əliyevin rəhbərliyi ilə aparılan II Kültəpə qazıntılarında iştirak edirdim. Elə məni akademiyaya gətirən, arxeoloq olmaq arzumu da reallaşdıran Vəli Əliyev idi.