HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

İlyas Babayev

Fotoqalereya

Görkəmli arxeoloqa həsr olunmuş kitab nəşr edilib

“Atamın sağlığında…” kitabı işıq üzü görüb.  Kitabda Azərbaycanın görkəmli arxeoloqu, Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor  İlyas Babayevin (1935-2017) həyat və fəaliyyətinin bəzi məqamları əksini tapıb.

 

İlyas Babayev (1935-2017)

“1905.az” portalının elmi-redaksiya şurasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevin (1935-2017) işıqlı xatirəsinə həsr olunur

İlyas Atababa oğlu Babayev

İ.Babayev 1935-ci ildə Quba rayonunun Xanəgah kəndində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, SSRİ Elmlər Akademiyası Arxeologiya İnstitutunun Leninqrad bölməsinin aspiranturasında oxuyub. 1965-ci ildə “Azərbaycanın antik və ilk orta əsrlər dövrü qliptika abidələri” mövzusunda namizədlik, 1983-cü ildə isə “Qafqaz Albaniyasının şəhərləri (e.ə. IV – b.e. III əsrlərində)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

“Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)”

DSCF7463

1905.az portalının “Diskussiya klubu”nda Aqil Şahmuradovun müəllifliyi ilə çıxan “Ermənilər Cənubi Qafqazda (məskunlaşma tarixindən)” kitabını müzakirə etdik. Müzakirələrə Azərbaycan MEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, tarix üzrə fəlsəfə doktoru Namiq Əsədov, tarix üzrə fəlsəfə doktoru Namiq Kərimov, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev, Azərbaycan Turizm və Mədəniyyət Universitetinin doktorantı Elşən Məcidov dəvət olunmuşdular.

 

“Qəbələ Arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib

Oktyabrın 21-də SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Qəbələ Arxeologiyası” mövzusunda beynəlxalq elmi seminar keçirilib.