Söhbət

12301692_77325225613374

XOCALI – az qala 25 il keçir… İradə Musayeva: “Xocalı şahidləri olan və indi artıq yaşlı nəslin adamı kimi gördüyümüz adamların qoşduğu bayatılar daha çox ədəbiyyat faktı olur…”

12301692_773252256133748_3206338861589122834_n

1905.az portalının suallarını filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva cavablandırdı.

– İradə xanım, çox zaman belə bir yanaşma ilə rastlaşırıq ki, müharibə, soyqırım kimi faciələr haqqında əsl sənət nümunələri yaratmaq üçün müəyyən müddət keçməlidir. Xocalı soyqırımından keçən 25 ili bu mövzunun Azərbaycan ədəbiyyatındakı dərki üçün kifayət hesab etmək olarmı?

10533815_63058939373

XOCALI – az qala 25 il keçir… Ramiz Sevdimalıyev: “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü zamanı tarixin ən müdhiş və dəhşətli faciələrindən biri Xocalıda törədildi.”

10533815_630589393733369_2740401077241044483_n

Müsahibimiz siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevdir.

– Ramiz müəllim, Xocalıda ermənilərin törətdikləri qətliamdan 25 il ötür. Xocalı hadisələrinin tarixi və siyasi kökləri haqqında nə demək olar?

– Ermənistanın-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, o cümlədən bu münaqişənin gedişatında Xocalıda törədilmiş cinayətlərin tarixi və geosiyasi kökləri mövcuddur. Belə ki, bu münaqişənin əsası “ləng açılan bomba” şəklində 1988-ci ildən xeyli əvvəl, daha dəqiq desək, XIX əsrin əvvəllərində qoyulub. Çar Rusiyası XVIII əsrin sonu XIX əsrin əvvəllərində Cənubi Qafqazı işğal etdi və öz ərazilərinə birləşdirdi. Azərbaycan torpaqlarının işğalı Rusiya və fars dövlətləri arasında imzalanmış 1813-cü il Gülüstan və 1828-ci il Türmənçay müqavilələri ilə rəsmiləşdirildi. Bununla da Azərbaycan torpaqları parçalandı və Azərbaycan xalqı bölündü. Həmin dövrdən XX əsrin əvvəllərinədək Cənubi Qafqaza 1 milyondan artıq erməni köçürüldü və onlar Azərbaycanın strateji baxımdan əlverişlı olan torpaqlarında – Naxçıvan və İrəvan xanlıqları, Göyçə gölü ətrafı, Qarabağ xanlığı və digər ərazilərdə məskunlaşdırıldı. Rus tədqiqatçısı Nikolay Şavrov özünün 1911-ci ildə nəşr etdirdiyi “Rus işinə Zaqafqaziyada yeni təhdid: Muğanın yadellilərə gələcək satışı” əsərində etnik ermənilərin Çar Rusiyası tərəfindən kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsinə diqqət yetirərək yazırdı ki, 1908-ci ildə Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın köklü sakinləri olmayıb bizim tərəfimizdən (Rusiya tərəfindən – R.S.) köçürülüb və onlar Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahilində məskunlaşdırılıblar.

Ertegin Salamazade f

XOCALI – az qala 25 il keçir… Ərtegin Salamzadə: “Müasir Azərbaycan incəsənətində Xocalı faciəsi ümumiyyətlə, soyqırım mövzusunun əsasını, ana xəttini təşkil edir.”

Ertegin Salamzade

1905.az portalının suallarını sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın  müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə cavablandırdı.

 

– Xalqımızın zaman-zaman məruz qaldığı soyqırımların Azərbaycan incəsənətində inikasını necə dəyərləndirirsiniz?

– 20 yanvar 1990-cı il qanlı hadisələrindən keçən 27 il və Qarabağ münaqişəsindən ötən əsrin dörddə birindən artıq müddət ərzində soyqırım mövzusu nə qədər dəhşətli təsir bağışlasa da müəyyən mədəni fenomenə çevrilmiş və Azərbaycan incəsənətinin əksər sahələrində emosional bədii ifadəsini tapmışdır. Ölkəmizin müxtəlif bölgələrində Azərbaycan xalqının məruz qaldığı faciələri əks etdirən xatirə-memarlıq kompleksləri inşa edilmiş, monumental heykəllər ucaldılmış, bu mövzuda kinofilmlər çəkilmiş, tamaşalar səhnəyə qoyulmuş, musiqi və ədəbi əsərlər yazılmışdır.

dscf0427f

XOCALI – az qala 25 il keçir… Boran Əziz: “Ümumiyyətlə, işlənilməyən mövzulardan biri də Xocavənddir.”

dscf0427

Tanınmış Azərbaycan tarixçisi, “Xocalı soyqırımı: səbəblər, həyata keçirilmə üsulları və nəticələri”  kitabının müəllifi Boran Əziz www.1905.az portalının suallarını cavablandırdı.

– Boran müəllim, 90-cı illərin əvvəllərində Sovet İttifaqı süqut etdi. Və ən azı 2 illüziya da həmin o illərdə aradan qalxdı. Bu illüziyalardan biri 1990-cı ilin 20 Yanvarında aradan qalxdı. Çünki, belə bir təsəvvür var idi ki, sovet əsgəri sovet vətəndaşına atəş açmaz. İkinci illüziyanın aradan qalxması isə Xocalı soyqırımının baş verdiyi o məşum gecəyə təsadüf edir. Çünki, yaddaşımızın bir az qısa olması üzündən biz erməniləri uşağa, qadına, köməksiz insanlara atəş aça biləcək, onları vəhşicəsinə qətlə yetirə biləcək bir toplum saymırdıq. Amma, Xocalı soyqırımı bu illüziyanı da bizim əlimizdən aldı.

dscf9891

XOCALI – az qala 25 il keçir… Səriyyə Müslümqızı: “Həmin gecə Kətik meşəsində jurnalist yox idi.”

dscf9891Tədqiqatçı-jurnalist Səriyyə Müslümqızı www.1905.az portalının suallarını cavablandırdı.

– Səriyyə xanım, bilirik ki, Sizin Xocalı faciəsi haqqında bir çox kitablarınız və əsərləriniz var. Elə söhbətimizə bundan başlamaq istərdik.

– Xocalı haqqında danışmaq mənim üçün asan deyil. Bu gün Xocalı yoxdur, amma nə yaxşı ki, orada baş verən hadisələrin şahidləri var. Nə yaxşı ki, o torpaq uğrunda iş görənlər, ürəyi Vətən üçün çırpınan, Vətən üçün çalışan insanlar var. Sizlər də həmin insanlardansınız. Xocalı haqqında çox danışılıb, çox deyilib. Mən kitablarımda, sənədli filmlərimdə Xocalı haqqında danışmışam. Amma mən bu gün həmin hadisələrlə bağlı lakonik danışmaq istəyirəm. 1988-ci ilə qədər Xocalının 7 min əhalisi olub. 1988-ci ildən sonra, Dağlıq Qarabağın digər kəndlərindən olan məcburi köçkünlər, Qərbi Azərbaycandan və Özbəkistanın Fərqanə vilayətindən qaçqınlar Xocalıya pənah gətirdilər. Beləcə Xocalının əhalisinin sayı 10 min nəfəri ötdü. Balaca bir kənd böyüdü, şəhər və rayon statusu aldı.

dscf0899f

XOCALI – az qala 25 il keçir… Hidayət Cəfərov: “Ermənilər Qarabağda arxeoloji qazıntılar aparırlar.”

dscf0899-2

Müsahibimiz tarix elmlər doktoru, professor Hidayət Cəfərovdur.

Hidayət müəllim, Xocalının faciəsi haqqında çox danışılıb. Sırf arxeoloji nöqteyi-nəzərdən biz nəyi itirmişik?

 

– Xocalı bir aləmdir! Xocalının itirilməsi Azərbaycanda Xocalı-Gədəbəy mədəniyyətinin əsasını qoymuş, onun bazasında dayanan böyük bir abidələr kompleksinin əlimizdən çıxması deməkdir. Qafqazda Xocalı kompleksi qədər müxtəlif tip abidələr qrupunun bir yerdə toplusuna təsadüf olunmayıb. Burada təkcə kurqanların beş tipinin varlığı müəyyənləşdirilib. Bundan başqa Xocalı kompleksi öz tərkibində daş qutuları, menqir, labirinti xatırladan daş hasarı və s. birləşdirir. Maraqlıdır ki, çoxsaylı arxeoloji abidələr yalnız bir tarixi dövrü – e.ə. XIV-VIII əsrlərə aid son tunc və ilk dəmir dövrünü əks etdirir. İndi biz ora gedə bilmirik.  Mən ona şükür edirəm ki,  heç olmasa vaxtında Xocalı haqqında kifayət gədər tədqiqatlar, qazıntılar aparılıb…