Azərbaycanın ayrılmaz hissəsi – Dağlıq Qarabağ probleminin tarixi kökləri, müxtəlif dövlərdə onun etnik tərkibi ilə əlaqədar bir-birini istisna edən xeyi versiyalar var. Bəzi erməni tarixçiləri ağlasığmaz tərzdə tarixi həqiqəti təhrif edir, həmçinin Qarabağın tarixən Ermənistana mənsub olması kimi illüziya xarakterli versiyalar irəli sürürlər. Əslində isə ermənilərin Azərbaycan torpaqlarına gəlmələri həqiqəti tarixi mənbələrdə, elmi tədqiqatlarda, eləcə … Continue reading Ermənilərin köçürülməsi rusdilli mənbələrdə→
Ermənilər müasir informasiya texnologiyaları və vasitələrindən istifadə edərək bir sıra sahələrdə olduğu kimi erməni dövlətçiliyi barəsində də mif yaratmağa çalışırlar.
Ermənistanın müasir sərhədləri daxilində yaşayan azərbaycanlıların sayı 1926-cı ildəki 84,5 min nəfərdən artıb 1931-ci ildə 106,8 min, 1939-cu ildə isə 130,9 min nəfərə çatmışdı.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-sı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin … Continue reading Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb→
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçının işğaldan azad olunmasının 5-ci ildönümü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda “Zəfər Tariximiz: 1 Dekabr 2020-ci il Laçın” sözləri yer alıb.
Sual olunur: nə üçün gürcüşünaslar “Gürcüstan tarixi”, azərbaycanşünaslar “Azərbaycan tarixi”, ermənişünaslar isə “Erməni xalqının tarixi”ndən yazırlar? Başqa sözlə desək, nə üçün onlar öz ölkələrinin deyil, etnoslarının tarixini yazmağa üstünlük verirlər?
Haqq savaşına çıxdığımız Vətən müharibəsinin 44 günü ərzində xalqımız çox qürurlu günlər yaşadı. Savaşın elə ilk günündən ön cəbhədən arxa cəbhəyə qanadlanan qələbə müjdələri ölkədə böyük coşquya, Zəfər təntənəsinə səbəb oldu. Evlərimizin, eyvanlarımızın, meydanlarımızın, küçələrimizin, əllərimizin ən gözəl bəzəyi qəhrəman oğullarımızın Qarabağın zirvələrində dalğalandırdıqları üçrəngli ay-ulduzlu bayraqlar oldu.
İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan tərəfindən irihəcmli işlər həyata keçirilir. Belə ki, bp ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 kilometr məsafədə, Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Qobustan relyefinin özünəməxsusluğu, təbii sığınacaqların çoxluğu və əlverişli iqlim şəraiti qədim dövrlərdə burada insanların məskunlaşmasına şərait yaradıb, bu da arxeoloji materialların zənginliyini şərtləndirib.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…