HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların deportasiyaları

Qərbi Azərbaycandan deportasiya: hüquqi, sosial-iqtisadi problemlər və tarixi ədalətin bərpası – TƏHLİL

Ermənistandan sistematik olaraq qovulan azərbaycanlıların vəziyyəti həm hüquqi, həm də sosial-iqtisadi baxımdan ciddi problemdir. Rəsmi məlumatlara görə, 1988-1989-cu illərdə Qərbi Azərbaycan ərazisindən 250 minə yaxın azərbaycanlı zorla deportasiya edilib. Bu proses tarixi, hüquqi və humanitar konvensiyaların pozulması ilə müşayiət olunub.

Deportasiyalar, xronika

1903-cü il – Kilsə torpaqlarının Rusiya Torpaq və ƏmlakNazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinəzərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlmanəhval-ruhiyyəsinin qızışmasına səbəb oldu. 1903-cü il 29 avqust Gəncədə, 2 sentyabr- Qarsda və Bakıda, 12 sentyabr-Şuşada,14 oktyabr-Tiflisdə ermənilər iğtişaşlar və terror törədirlər.