ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Münhendə keçirilən təkbətək və birgə görüşünün yekunlarına dair bəyanat yayıblar.
APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, ATƏT-in Hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin də iştirak etdiyi görüşdə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub. Həmsədrlər münaqişənin dinc yolla həllinə alternativin olmadığını bir daha təsdiqləyərək, tərəfləri təmkinliyə, bəyanatlarında əhalini müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Həmsədrlər tərəfləri hərbi əməliyyatlara son qoyulmasının əsasını təşkil edən atəşkəsə dair 1994/95-ci il tarixli razılaşmalara riayət etməyə çağırıblar. Davamını oxu










Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











