Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitab-albomunun təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, kitab-albomu Azərbaycan Hərbi Prokurorluğu ilə Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu birlikdə hazırlayıb.
Tədbirdə Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi də keçirilib.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, bu günlərdə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin faciəsi – Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasıdır: “Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər”.
Hərbi prokuror, əməkdar hüquqşünas Xanlar Vəliyev kitab-albomun əhəmiyyətindən danışıb və bildirib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir.
Muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.

















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











