
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşıladılar.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulandı. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulandı və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirildi. Davamını oxu



Aprelin 24-də Vaşinqtonda türk icmasının təşəbbüsü ilə təşkil olunmuş ermənilərin qondarma “erməni soyqırımı” iddialarına qarşı yürüş keçirilib. Ağ Evin qarşısından start götürən yürüş səfirliklərin yerləşdiyi küçələrdən keçib və Türkiyənin Vaşinqtondakı səfirliyi qarşısında başa çatıb.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.


Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











