
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Müslüm Məmmədovun APA-ya müsahibəsi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Müslüm Məmmədovun APA-ya müsahibəsi

Baş leytenant İsmayılov Bəkir Vüqar oğlu. Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb. Erməni silahlı birləşmələri tərəfindən Mi-24 helikopterinin vurulması nəticəsində şəhid olub. 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası aprelin 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistanın qondarma soyqırım təbliğatına petisiya mesajımız” mövzusunda dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov açdı. E.Salmanov bildirdi ki, ermənilər artıq 100 ildən çoxdur ki, özlərini soyqırıma məruz qalana xalq kimi göstərməklə, Türkiyədə və Azərbaycanda törətdikləri vəhşilikləri ört-basdır çalışırlar. Bütün resurslardan istifadə etməklə erməni təbliğat maşınını susdurmağa çalışmaz lazım gəldiyini bildirdi. Davamını oxu

Türkiyənin ünlü müğənnisi Murat Boz AVCİYA-nın Ağ Evin rəsmi səhifəsindəki ““Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” petisiya layihəsinə səs verib. Superstar sevənlərini də petisiyanı dəstəkləməyə və səsvermə prosesində fəal olmağa çağırıb.
Petisiyaya bu linkdən səs verin:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım məraismi keçirilib.
Döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Qeyd edilib ki, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə təhsil aldığı Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxıb. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Nazim Abdullayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edib, qəhrəmancasına həlak olub. Davamını oxu

AVCİYA-nın aprelin 6-da start verdiyi “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması” petisiya layihəsi səsvermə üçün ayrılan bir aylıq müddətin yarısını artıq geridə qoydu. Bu müddət ərzində müxtəlif rayonlarda, qabaqcıl təhsil müəssisələrində görüşlər keçirildi, səsvermə prosesinin qaydaları başa salındı. Petisiya ilə bağlı növbəti tədbir Azərbaycan Dövlət Tibb Universitetində keçirildi. Davamını oxu