
“Azərbaycanda insan alverinə qarşı ciddi mübarizə aparılır. Belə halların qarşısını almaq üçün cənab Prezident tərəfindən səlahiyyətli şəxs olaraq Milli Koordinator təyin edilib və İnsan Alverinə Qarşı Mübarizə Komisiyyası fəaliyyət göstərir. Eyni zamanda Daxili İşlər Nazirliyinin nəzdində yaradılan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi konkret olaraq bu sahə ilə məşğuldur. Bu da onu deməyə imkan verir ki, insan alveri ilə mübarizə Azərbacan dövlətinin ciddi nəzarətində olan məsələdir”. Bunu SİA-ya açıqlmasında ekspert Ramiz Alıyev deyib. Davamını oxu →