
Aprelin 18-də Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi müzakirə olunub. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə universitetin prorektoru Şaiq Əsgərov açıb. Ş.Əsgərov qeyd edib ki, layihə çərçivəsində Obama administrasiyasına AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə imzalanan müraciət Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Prorektor petisiya layihəsi ilə bağlı ADİU-da aparılan işlərdən danışıb və tələbələri səsvermə prosesində fəal olmağa çağırıb. Davamını oxu








Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











