
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Davamını oxu

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 4-də erməni silahlı bölmələri Xocavənd – Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər. Davamını oxu

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaqdır.

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir. Davamını oxu

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyənin Anadolu Agentliyinin suallarını cavablandırıb. Davamını oxu

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
– Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur. Davamını oxu

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir. Davamını oxu