
Aprelin 3-də gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətlərində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Davamını oxu

Aprelin 3-də gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin Tərtər-Ağdərə və Xocavənd-Füzuli istiqamətlərində təmas xəttində olan əraziləri artilleriya atəşinə tutub. Davamını oxu
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub. Davamını oxu

Aprelin 2-də Azərbaycan Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası çağırılıb. İclasın işi haqqında əlavə məlumat veriləcək. Davamını oxu

Müdafiə Nazirliyinə istinadən verilən məlumata görə, erməni silahlı bölmələrinin təxribatlarının nəticəsində aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir.
Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib, atəş gücü vasitəsilə edilən həmlələrimiz nəticəsində onun döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb.
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistanın bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yayılan məlumatlar kökündən yalandır, təxribat xarakterlidir və dezinformasiya məqsədi daşıyır.
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus aviasiya vasitələri tam heyətdə yerindədir.

Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görülür
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Davamını oxu