
1905.az portalının suallarını Gəncə 2016 Avropa Gənclər Paytaxtı (AGP) layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatoru Aysun Zeynalova cavablandırır.

1905.az portalının suallarını Gəncə 2016 Avropa Gənclər Paytaxtı (AGP) layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatoru Aysun Zeynalova cavablandırır.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub. Davamını oxu

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyalarının növbəti mərhələsi başlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir. 2016-cı il martın 16-19-da və 24-27-də “Ölkəmizi tanıyaq” adı altında keçiriləcək maarifləndirici tur-aksiya çərçivəsində 54 şəhər və rayondan 1980 nəfər IX-XI sinif şagirdinin Azərbaycanın bölgələrinə səfəri nəzərdə tutulub. Davamını oxu
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz qardaşım,
Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 mart 2016-cı il.

21:24
Ankara valiliyinin verdiyi ilkin məlumata görə, partlayış nəticəsində 27 nəfər həlak olub, 75 nəfər yaralanıb. Hadisənin partlayıcı yerləşdirilmiş avtomobil vasitəsi ilə törədildiyi bildirilir
X X X
Martın 13-də Türkiyə vaxtı ilə saat 18:35-də Ankara şəhərinin mərkəzində – “Kızılay” meydanı yaxınlığında güclü partlayış olub. Hadisə avtobus dayanacaqlarının yerləşdiyi ərazidə baş verib.