Erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. Öz mənfur və təhlükəli siyasətlərini gerçəkləşdirmək üçün onlar müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan istifadə etmiş, dövlət səviyyəsində davakar millətçiliyi, separatizmi və qonşu xalqlara qarşı təcavüzü dəstəkləmişlər. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə “milli-mədəni”, dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. Davamını oxu
All posts by Rəşad Süleymanov
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
Əziz həmvətənlər!
Tariximizin yeni dövründə 31 mart Azərbaycan xalqı, dünya azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan bir gündür. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarını anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb olunur. Davamını oxu
Azərbaycanlıların soyqırımı haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. Davamını oxu
Ermənistanın Azərbaycana təcavüzü
1978-ci ildə Qarabağa köçüb gəlmələrinin 150 illiyini qeyd edən ermənilər, 10 il sonra bədnam niyyətlərini aşkarlayaraq, guya bu torpaqların qədim sakinləri olmaları barədə qondarma dəlil və sübutları ilə bütün dünyaya car çəkməyə başladılar.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisində genişmiqyaslı hücumları ilə əlaqədar bəyanatı – 15 aprel 1994-cü il
Fövqəladə vəziyyət məni bu bəyanatla sizə müraciət etməyə vadar etdi.
Bu il aprelin 10-dan başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının Goranboy və Tərtər rayonları istiqamətində, aprelin 11-dən isə Ağdərə və Ağdam rayonları istiqamətində yeni genişmiqyaslı hücuma keçmişlər. Bu günlər Azərbaycan bölmələri Ermənistan Respublikası silahlı qüvvələrinin sayca üstün olan hissələrinin fasiləsiz hücumlarını dəf edərək, qanlı müdafiə döyüşləri aparırlar. Ermənistan ərazisindən münaqişə zonasına 3000 nəfərədək canlı qüvvə, onlarca zirehli texnika və ağır top, o cümlədən “Qrad” qurğuları gətirilmişdir. Azərbaycanın adları çəkilən rayonlarının yaşayış məntəqələri bu qurğulardan atəşə tutulur. Həmin kəndlərdə böyük dağıntılar, mülki əhali arasında çoxlu tələfat var. Davamını oxu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Uilyam.C.Klintona. Bakı şəhəri, 8 fevral 1999-cu il
Hörmətli cənab prezident!
Mən Ermənistan-Azərbaycan münaqişəsini aradan qaldırılmasında irəliləyiş olmaması ilə əlaqədar keçirdiyim dərin narahatlığı sizə bildirmək istərdim, Azərbaycanın ərazi bütövlüyü əvvəlki kimi pozulmuş olaraq qalır, Azərbaycan torpaqlarının 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, doğma yerlərindən zor gücünə qovulmuş bir milyon azərbaycanlı qaçqın beş ildir ki, böyük məhrumiyyətlər içərisindədir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri yerinə yetirilmir. Davamını oxu




Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib











