Irs

Zəngilan Daş Heykəllər Muzeyi

Zengilan

Zəngilan rayonunda yerləşən Daş Heykəllər Muzeyi 1989-cü ildə fəaliyyətə başlayıb. Muzeyin yaranma ideyası o dövrdə Zəngilan Xalq Deputatları Soveti İcraiyyə Komitəsində Mədəniyyət Şöbəsinin müdiri işləmiş Camal Sultanovun təklifi ilə həyata keçirilib. Şəhərin mərkəzindən yeddi kilometr aralıda yerləşən muzey fəaliyyətə başlayandan bir il sonra ayrıca subyekt kimi rəsmiləşdirilmiş və muzeyə üç ştat vahidi verilmişdir.

Mir Möhsün Nəvvabın Xatirə Muzeyi

Mir Mövsün Nəvvabın qəbri. Şuşa 1957-ci il. Heykəltəraş Tokay Məmmədov
Mir Mövsün Nəvvabın qəbri. Şuşa 1957-ci il. Heykəltəraş Tokay Məmmədov

Hələ  Mir Möhsün Nəvvabın  adını daşıyan  muzeyin yaranmamışdan 9 il öncə – “Şuşa” qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki,  M.M. Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif movzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra görkəmli şairin ev muzeyinə çevriləcəkdir.

Bala Bəhmənli Kənd Tarix-Diyarşünaslıq muzeyi

Bala Bəhmənli Kənd Tarix

Bala Bəhmənli Kənd Tarix-diyarşünaslıq muzeyi 2003-cü ildə Bala Bəhmənli kənd sakini Əsədov Elçin İbadulla oğlu tərəfindən yaradılıb. Muzey 2006-cı ilə qədər Elçin Əsədovun şəxsi muzeyi kimi fəaliyyət göstərib. Muzeydə 1000-ə yaxın tarixi eksponat  sərgilənir. Eksponatların 90 %-i Elçin Əsədov, 10 %-i isə yerli əhali tərəfindən toplanmışdır.

Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyi

Üzeyir Hacəbəyovun Şuşadakı ev muzeyi. Foto Qarabağ irsimizin əbədi yaddaşı albomundan götürülüb
Üzeyir Hacəbəyovun Şuşadakı ev muzeyi. Foto Qarabağ irsimizin əbədi yaddaşı albomundan götürülüb

Üzeyir Hacıbəyovun  Şuşada ev-muzeyi 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin,  Mədəniyyət Nazirliyinin və  Musiqi Fondunun  dəstəyi ilə fəaliyyətə başlayıb. Muzeyə  Mirkamal  Ağamirov, Qumru Hacıyeva rəhbərlik ediblər. 1980-ci ildən indiyədək isə muzeyə Nəsibə Eyvazova rəhbərlik edir. Mustəqil qurum kimi fəaliyyət göstərən muzeyin sahəsi dörd otaqdan ibarət olub.

Xurşidbanu Natəvanın ev muzeyi

Xurşudbanu Natəvanın evi XIX əsr. Foto Qarabağ irsimizin əbədi yaddaşı albomu
Xurşudbanu Natəvanın evi XIX əsr. Foto: Qarabağ irsimizin əbədi yaddaşı albomu

Şuşada Azərbaycan SSR Elmlər Akademiyası Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu  Natəvan adına Qarabağ filialının açılması ideya olaraq 1980-cı ildə irəli sürülsədə, mənzildə əsaslı təmir-bərpa işlərinə yalnız 1987-ci ildən başlamaq mümkün  olmuşdur.