HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

kvartet

ANA DİLİMİZİN FUNKSİONALLIĞI

Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli və şairə Səhər Əhməd ilə müasir dövrdə Azərbaycan dilinin funksionallığından danışdıq.

DİPLOMatiya MƏSƏLƏLƏRİ

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Elnur Xəlilov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovla xarici diplomların Azərbaycanda, Azərbaycan universitetlərinin diplomlarının isə xaricdə tanınmasından danışdıq.

Abbasqulu ağa Bakıxanov

Bugünkü qonaqlarımız – fəlsəfə üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi Mətanət Şəkixanova və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabının müəllifi İradə Vəzirova ilə Abbasqulu ağa Bakıxanov haqqında söhbət etdik.

ƏLİFBA MƏSƏLƏSİ

Filologiya üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı və fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovla Azərbaycanda əlifba islahatları haqqında danışdıq.

ƏLİ TUDƏ

Filologiya elmləri doktoru Pərvanə Məmmədli və şair Tariyel Ümidlə Əli Tudə haqqında danışdıq.

BÖYÜK FÜZULİNİN KİTABLARI


Filologiya üzrə fəlsəfə doktoru Zəkulla Bayramlı və “Şərq-Qərb” nəşriyyatının departament müdiri Sevil İsmayılova ilə Məhəmməd Füzulinin Azərbaycanda işıq üzü görmüş kitablarından  danışdıq.