“Ermənistanın işğalçılıq siyasətini bütün toplantılarda müzakirə etməliyik”.
APA-nın “ahaber.com.tr”yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) İslamabadda keçirilən sammitində çıxışı zamanı deyib. O bildirib ki, ECO nə qədər iqtisadi təşkilat olsa da, əsl çərçivəsi siyasətdir: “Addımlar atarkən siyasəti bir kənara qoymaq mümkün deyil. Bir çox ölkələrimizin problemləri var. Azərbaycanın Dağlıq Qarabağ problemi var. 20 ildən çoxdur davam edən danışıqlar bir nəticə verməyib. Biz istər İƏT, istərsə də ECO çərçivəsində addımlarımızda qətiyyətli olmalı, Ermənistanın işğalçılıq siyasətini hər toplantıda dilə gətirməliyik”.

















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











