
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahlar Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində martın 26-da Ağdam şəhərinə gəliblər. Heyətə 37 ölkədən 79 nəfər səyahətçi daxildir. Bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhəri ilə, Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.
Qeyd edək ki, bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.
Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyyahların səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.
Müxbir – Tahir Ağaməmmədov
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











