Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində bununla bağlı etdiyi paylaşımda deyilir:
“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Allah orucunuzu qəbul etsin!”.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










