İspaniyanın qocaman və nüfuzlu nəşri olan “La Vanguardia” qəzetində “Azərbaycan Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizəyə həsr edilmiş Sammitini çağırır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Əlaqə qrupunun “Biz birlikdə COVID-19-a qarşıyıq” mövzusunda videokonfrans formatında Sammitinin keçiriləcəyi diqqətə çatdırılır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Qoşulmama Hərəkatının Əlaqə qrupu formatında Sammiti koronavirusla mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin səylərinin səfərbər edilməsinə, həmrəyliyin və multilateralizmin gücləndirilməsinə mühüm töhfə verəcək. Qəzet yazır ki, üzv ölkələr İlham Əliyevin təklifini yekdilliklə dəstəkləyiblər.
“La Vanguardia” nəşri qeyd edir ki, Sammitə BMT, Afrika İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri də qatılacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










