Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə Aİ-nin dəstəyini ifadə edib.
AZƏRTAC Avropa Parlamentinin saytına istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Cozef Borrell Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərlə bağlı Avropa Parlamentinin üzvünün sualını cavablandırıb.
Aİ-nin ali nümayəndəsi sorğuya cavab verərək bildirib ki, Avropa İttifaqı Azərbaycan da daxil olmaqla bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməkdə sadiq qalır. Bu, 2017-ci il Şərq Tərəfdaşlığı Sammitinin bəyannaməsində açıq şəkildə qeyd edilib.
C.Borrell Avropa İttifaqının münaqişələrin müəyyən edilmiş formatda sülh yolu ilə həllini dəstəkləməyə sadiq olduğunu da qeyd edib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstinə gəldikdə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin səylərini və təkliflərini dəstəkləməkdə davam edir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin Xarici Fəaliyyət Xidmətinin sözçüsünün 2020-ci il 31 mart tarixində verdiyi bəyanatda Aİ-nin Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident və parlament seçkilərinin” konstitusion və hüquqi çərçivəsini tanımadığını bir daha təkrar edərək, bu hadisənin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticələrinə xələl gətirə bilməyəcəyini vurğulamışdır.
Avropa Parlamentinin üzvünün yazılı sorğusu və Aİ ali nümayəndəsinin cavabını aşağıdakı keçidlərdən əldə etmək olar:
https://www.europarl.europa.eu/doceo/document/E-9-2020-001279_EN.html
https://www.europarl.europa.eu/doceo/document/E-9-2020-001279-ASW_EN.pdf
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











