Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.
Dövlətimizin başçısı Qazaxıstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqət və təbrikə görə İlham Əliyevə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










