
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribata dair açıqlama yayıb.
AZƏRTAC xəbər verir ki, açıqlamada Ermənistan silahlı qüvvələrinin sentyabrın 21-də Ermənistan-Azərbaycan beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində növbəti təxribata əl atdığı bildirilir. Qeyd edilir ki, düşmən qüvvələrinin atıcı odlu silahdan açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.
Açıqlamada deyilir ki, Ermənistan XİN-in bölgədə sülh və regional təhlükəsizliyin təminatından bəhs edən ən son açıqlaması və bu ölkənin Xarici İşlər nazirinin münaqişənin sülh yolu ilə həllinə çağırış edən bəyanatının ardınca bu qanlı təxribatın törədilməsi Ermənistan rəhbərliyinin əsl niyyətinin sülh yox, təcavüzün davam etdirilməsi olduğunun bariz nümayişidir.
Düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.
Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidimizə Allah rəhmət eləsin!
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











