Misirin media orqanları Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv etməsi barədə fikirlərini və həmin abidələrin fotoşəkillərini yayıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki səfirliyi tərəfindən təqdim edilmiş fotoşəkillər geniş oxucu auditoriyasına malik “Qalyubiyenews”, “Alwataanemag”, “Egyptnewsonline”, “Rayetmisr”, “Aldiplomasy”, “Ta7iamasr” kimi informasiya portallarında dərc olunub.
Fotoreportajın mətnində qeyd olunub ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən, 1 milyondan çox insanı öz doğma evlərindən didərgin salan, Xocalıda soyqırımı törədən Ermənistan həmin torpaqlarda qədim məscid və kilsələri, tarixi-dini abidələri məhv edib. Vurğulanıb ki, Azərbaycan xalqının qədim maddi mədəni irs nümunələrinə qarşı təxribat aktları Ermənistan rəhbərliyinin birbaşa göstərişi ilə həyata keçirilib. Bütün bunlar göstərir ki, rəsmi Yerevanın İslam dövlətləri ilə əməkdaşlığa dair bəyanatları absurddur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










