Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə mülki əhalini hədəf alan bugünkü hücumları bu dövlətin hüquq tanımayan simasının daha bir göstəricisidir.
Bu fikirlər AZƏRTAC-ın sorğusu əsasında məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
Həmin hücumun qınanıldığı bildirilən açıqlamada daha sonra deyilir: “İşğal altındakı Azərbaycan torpaqlarında məğlubiyyətə düçar olan Ermənistan başda Cenevrə Konvensiyası olmaqla insan hüquqlarının bütün formalarını pozaraq işğal etdiyi üçün döyüş meydanına çevrilən bölgədən də Azərbaycanın mülki əhalisinə hücumlar etməkdədir. Bu hücumlar Ermənistanın məruz qaldığı çarəsizliyi və qanunsuz işğalı davam etdirmək məqsədilə insanlıq əleyhinə cinayətlərdən geri qalmayacağını göstərməkdədir. Əvvəllər söylədiyimiz kimi, Ermənistan bölgədə sülhə və sabitliyə ən böyük maneədir. Ermənistanın təxribatlarına uymayacağını, beynəlxalq hüququn verdiyi bütün legitim müdafiə haqqını beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istifadə etdiyini və mülki əhaliyə zərər dəyməməsi üçün mümkün olan bütün səyləri göstərdiyini bəyan edən Azərbaycanın bu mövqeyini dəstəkləyirik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










