Ermənistanın Azərbaycanın Bərdə rayonuna raket hücumu nəticəsində ölənlər arasında bir azyaşlı da var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin uşaq öldürmə siyasəti və müharibə cinayətləri davam edir. Raket hücumu nəticəsində meydana gələn yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülür.
Hikmət Hacıyev Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayının dörd nəfərə çatdığını qeyd edib.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











