Tərtər rayonu (1949-63, 1965-91 illərdə Mirbəşir r-nu) – Azərbaycan Respublikasında inzibati r-n. 1930 ildə təşkil edilmişdir. 1931-34 və 1963-65 illərdə ləğv edilərək Bərdə r-nunun tabeçiliyinə verilmiş 1965 ildə yenidən bərpa olunmuşdur. Kiçik Qafqazın şm.-ş ətəklərində və Qarabağ düzündə yerləşir. Sahəsi 957 km2, əhalisi 96.1 min nəfərdir (01.01.2006). Mərkəz Tərtər ş.-dir.
R-na Tərtər, Ağdərə ş.-ləri, Şıxarx qəs. və Azadqaraqoyunlu , İlxıçılar, Qapanlı, Borsunlu, Qırmızı-saqqallar, Burc, Güləbatlı, Bəyimsarov, Qaynaq, Qapanlı, Qazyan, Qarağacı, Qaradağlı,Qapanlı, Dəmirçilər, Təzəkənd, Kəngərli, Cəmilli, Balakəngərli, Evoğlu, İsmayılbəyli, Əksipara, Ələsgərli, Bayandur, Yenikənd, Köçərli, Mamırlı, Poladlı, Sarov, Rəcəbli, Bildirçinli, Kovdadıq, Umudlu, Soyulan, Hacallı, Qapanlı, İrəvanlı, Səhləbad, Düyərli, Sarıcalı, Seydimli, Zolgörən, Xoruzlu, Kəbirli, Bayandurlu, Hacıqərvənd, Hüseynli, Ağabəyalı, Talış, Çaylı, Ortakənd, Kiçikqarabəy, Canyataq, Həsənqaya, Qızıloba, Çardaxlı, Uluqarabəy, Seysulan, Yarımca, Marquvaşan, Göyarx, Maralyan, Yuxarı Çaylı, Madagiz, Doneşən, Dəstəgül, Güləbürt, Zəylik, Lüləsaz, Meqrelalay, Qaşapet, Dəmirli, Gülyataq kəndləri daxildir.
R-nun səthi şm.-ş.-də düzənlik, c.-q.-də dağlıqdır. Dağlıq sahədə Yura-Tabaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır.Faydalı qazıntılar: neft, daş kömür, tikinti materialları, səpinti qızıl və s. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru-çöl tipli, qışı-mülayim soyuqdur. Orta temp-r yanvarda – 2ºCdən 3ºC-yədək, iyulda 18-26ºC-dir. İllik yağıntı 300-500 mm-dir. R-n ərazisindən Tərtər və İncəçay, c. sərhədindən isə Xaçın çayı axır. Ərazisi şabalıdı, boz və çəmən-boz torpaqlardan ibarətdir. Yovşanlı-şoranotlu yarımsəhralar, seyrək kollu çəmənliklər, meşələr və subalp çəmənləri yayılmışdır. Heyvanları: tülkü, dovşan, qumsiçanı və s.
Tərtər, əsasən, k.t. r-nudur.Əkinçilik və maldarlıq inkişaf etmişdir.
R-nda 48 ümumtəhsil məktəbi, 30 məktəbəqədər tərbiyə müəssisəsi, texniki peşə məktəbi, yeddiillik uşaq musiqi məktəbi, 29 klub, 2 tarix-diyarşünaslıq muzeyi, 52 kitabxana,kinoteatr, 6 xəstəxana, 20 feldşer-mama məntəqəsi, 19 həkim ambulatoriyası, gigiyena və epidemiologiya mərkəzi var.
Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə, “Azərbaycan” cildi, Bakı, 2007, s.873
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










