Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı Qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Donbas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.
Təşkilatın sədri Qulu İbrahimov bu layihənin platformanın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonunadək – 15 gün müddətinə yerləşdirildiyini bildirib.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










