Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
Görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olmasından və işğal edilmiş ərazilərin aid olduğu əraziyə qaytarılmasından məmnun olduğunu bildirib, Azərbaycan hökumətinə və xalqına tərəqqi və inkişaf yolunda uğurlar arzulayıb.
Əli Şamxani İran və Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, birgə layihələrin başa çatdırılması və müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının ciddi səylər tələb etdiyini bildirib.
Nazir Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın haqq mövqeyinə dəstəyini və bu xüsusda nümayiş etdirdiyi prinsipial siyasəti məmnunluqla qeyd edib. O, iki ölkə liderlərinin ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək istiqamətindəki iradəsinə toxunaraq, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
















Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib











